Icma.az
close
up
RU
QHT istehlakçıların maarifləndirilməsinə dair layihənin icrasının ilkin mərhələsini başlayıb FOTOLAR

QHT istehlakçıların maarifləndirilməsinə dair layihənin icrasının ilkin mərhələsini başlayıb FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Azad İstehlakçılar”İctimayi Birliyi(AİİB) istehlakçıların maarifləndirılməsinə dair  layihənin icrasının ilkın mərhələsini başlamışdır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə təşkilatın sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, “Azad İstehlakçılar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların bələdiyyə - icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsinin icrasının ilkin mərhələsi başlanmışdır!  Öncə məlumat verildiyi kimi Laihə Beyləqan( Dünyamallar, Kəbirli, Yuxarı Aran qəsəbəsi, Şəfəq qəsəbəsi;) və Tərtər (Buruc, Gülabadlı, Kəbirli, Qaradağl kəndləri) rayonlarının hər birinin 4 kəndində tullantıların idarə edilməsində bələdiyyə - icma əsaslı modelin tətbiq edilməsi ilə daha təmiz və davamlı ətraf mühit yaradılmasında bacarıqların inkişaf etdirilməsi,  yerli bələdiyyələrin və icma üzvlərinin tullantıların düzgün idarə olunması sahəsində bilik və bacarıqlarını artırmaq, onların birgə fəaliyyətini təşviq etməklə ətraf mühitin mühafizəsinə töhfə verməyə fokuslanmışdır.Hədəf qruplarının seçılməsındə aşağıdakı göstəeicilər nəzərə alınmışdır:

a.   İlkin mərhələdə 8 hədəf icmanın hər birində 12 nəfər aktiv icma və bələdiyyə üzvlərindən ibarət təşəbbüs qrupları yaradılır. Liderlik və təşəbbüskarlıq bacarıqları olan maraqlı şəxslər (icmanın problemlərinə həssas yanaşan və dəyişikliklərə təşəbbüs göstərə bilən);

b.   İcma ilə yaxınlıq əlaqələri (yerli əhali ilə güclü əlaqələri olan şəxslər);

c.   Təcrübə və bilik səviyyəsi (ekoliji problemlər sahəsində məlumatı olan şəxslər və sair);   

d.   Məsuliyyət və nüfuz;

e.   Müxtəliflik və təmsilçilik (qadınlar, gənclər, yaşlılar və həssas qruplar);

f.    Ekoloji maariflənmə ehtiyacı;

g.   Resursların idarə olunması bacarığı; 

Davamlılıq prinsipi (tullantıların davamlı idarə edilməsinə töhfə vermə ;

Təşəbbüs qruplarının hər birinə “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri”, “Tullantıların azaldılmasında “3R” prinsipi tətbiqinin əhəmiyyəti” və “Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara  üstünlük verilməsi” mövzularında 3 günlük təlim keçiriləcəkdir.

Başlanğıc olaraq, 07 iyul 2025-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar icmasında təşəbbüs qrupunun təşkili yığıncağı keçirilmişdir. Yığıncaqda 20 nəfər icma üzvü iştirak etmişdir.

Layihənin Donoru, məqsədi barədə təlimçi Xəlil Süleymanov ətraflı məlumat vermiş və iştirakçılar layihəni bəyənərək qrupda təmsil olunmaq istəklərini bildirmişlər. 12 nəfər ictimai aktiv və fərdi sahibkarlardan ibarək təşəbbüs qrupu yaradılmışdır. Təşəbbüs qrupu ilə təlimlərin vaxtı razılaşdırılmışdır.

Analoji tədbir, 08 iyul 2025-ci il tarixdə Tərtər rayonunun Buruc icmasında təşəbbüs qrupunun təşkili  ilə bağlı keçirilmişdir. Yığıncaqda 18 nəfər icma üzvü iştirak etmişdir. Layihənin Donoru, məqsədi barədə təlimçi Nizami Musayev ətraflı məlumat vermiş və iştirakçılar layihənibəyənərək qrupda təmsil olunmaq istəklərini bildirmişlər. 15 nəfər ictimai aktiv və fərdi sahibkarlar və bələdiyyə üzvündən  ibarət təşəbbüs qrupu yaradılmışdır. Təşəbbüs qrupu ilə təlimlərin vaxtı razılaşdırılmışdır.

Qrupa “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri”, “Tullantıların azaldılmasında “3R” prinsipi tətbiqinin əhəmiyyəti” və “Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara  üstünlük verilməsi” mövzularında 3 günlük təlim keçiriləcəkdir.

Təlim iştirakçılarına “Təmiz və sağlam gələcək üçün birlikdə” mövzusunda buklet paylanılacaqdır. Təlimlərtdən çəkiləcək foto və videolar sosial şəbəkələrdə təşviq ediləcəkdir.

Layihə müddətində əldə olunan nəticələrin digər bölgələrdə də tətbiqi üçün tövsiyələr hazırlanacaq.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyul 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri