Icma.az
close
up
RU
QHT Koalisiyasından çağırış: “İnsan alveri artıq rəqəmsal müstəviyə keçib”

QHT Koalisiyasından çağırış: “İnsan alveri artıq rəqəmsal müstəviyə keçib”

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

30 iyul – İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günüdür. Bu münasibətlə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası ictimaiyyətə – xüsusilə qadınlara, valideynlərə və gənclərə müraciət ünvanlayıb.

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin (İB) sədri Mehriban Zeynalova Gununsesi.info-ya açıqlama verib.

Müraciətdə vurğulanır ki, insan alveri artıq təkcə fiziki deyil, rəqəmsal müstəvidə – sosial şəbəkələr və onlayn platformalar vasitəsilə daha gizli və təhlükəli şəkildə yayılmaqdadır.

Həmin müraciəti təqdim edirik:

“30 iyul – İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə cəmiyyətə, xüsusilə qadınlara və uşaqlara ünvanlanır

Hörmətli vətəndaşlar, dəyərli qadınlar və valideynlər, əziz gənclər!

İnsan alveri XXI əsrdə bəşəriyyətin üzləşdiyi ən ciddi insan hüquqları pozuntularından biri olaraq qalmaqdadır. Bu cinayət təkcə fiziki istismarla məhdudlaşmır, yeni rəqəmsal istismar formalarında daha mürəkkəb və görünməz şəkil almaqdadır. İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq biz, 30 iyul – İnsan Alverinə Qarşı

Beynəlxalq Mübarizə Günü münasibətilə bütün Azərbaycan cəmiyyətinə çağırış edirik:

hüquqlarınızı tanıyın, təhlükələri tanıdın və birlikdə mübarizə aparın!

Son illər beynəlxlaq ictimaiyyətdə yayılan məlumatlar göstərir ki, insan alveri hallarının aşkarlanması çətinləşməkdədir. İnsan alverinin yeni formaları rəqəmsallaşaraq həyatımıza daxil olur! Belə ki, rəqəmsal istismar, “romantik tələlər”, deepfake vasitəsilə şantaj, sosial mediada iş və evlilik vədləri ilə aldadılma, xüsusilə gənc qızlar və uşaqları hədəfə alır.

Əziz qadınlar!

Sizi iş, nikah və ya səyahət vədləri ilə inandırmağa çalışan tanımadığınız insanlara etibar etməyin. Xarici ölkələrə gedərkən iş müqavilələrini və viza şəraitini rəsmi mənbələrdən yoxlayın. Rəqəmsal platformalarda özünüzlə bağlı görüntü və məlumat paylaşarkən ehtiyatlı olun. Bu, insan alverçilərinin sizi manipulyasiya etməsi üçün “materiala” çevrilə bilər.

Əziz valideynlər və uşaqlar!

Uşaqların internetdə keçirdiyi vaxta nəzarət etmək, onların kimlə ünsiyyətdə olduğunu bilmək artıq sadəcə valideynlik vəzifəsi deyil, müdafiə tədbiridir. Onlayn oyunlar, sosial şəbəkələr və messencerlər artıq uşaq alveri və istismarının əsas vasitələrinə çevrilmişdir.

İnsan alveri qurbanları – onlar bizim bacılarımız, qızlarımız, qonşularımız və həmvətənlərimizdir. Bu reallığı anlamaq, təhlükənin görünməz tərəflərini görmək və hər bir fərdin bu zəncirin bir halqası ola biləcəyini qəbul etmək mübarizənin başlanğıcıdır.

Şübhə etdiyiniz halları bildirin, susmayın! Maariflənin, məlumat verin, mübarizə aparın!

Təcili yardım üçün əlaqə nömrələri:

152 – İnsan alveri ilə mübarizə üzrə Qaynar xətt:

116111 – Uşaq qaynar xətti:

Koalsiyanın əlaqə nömrəsi: (+99470) 632-72-12:

e-mail: [email protected]

Ədalətli, təhlükəsiz və insan ləyaqətinə hörmət edilən bir cəmiyyət üçün birlikdə mübarizə aparaq!

Susma! Xəbər ver! Qorun!”

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyul 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri