Icma.az
close
up
RU
QHT lər Zəngilandakı həmin dəqiqədən danışır

QHT lər Zəngilandakı həmin dəqiqədən danışır

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin Zəngilanda 44 günlük Vətən müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev ilə təsirli söhbəti ictimaiyyət arasında bir daha dövlətin şəhid ailələrinə qayğısı kimi yüksək qiymətləndirilib. 

“Qafqazinfo” xəbər verir ki, Prezidentin nümunəvi davranışı bütün şəhid ailələrinə ehtiram kimi şərh edilib.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev:

“Dövlət başçısı göstərdi ki, şəhid ailəsinə ehtiram dövlət davranışının özüdür:

Prezident İlham Əliyevin Zəngilanda qəhrəman şəhidimiz Samir Sarıyevin atası Əli müəllimlə görüşünü dəfələrlə izlədim. Dövlət davranışı belə anlarda görünür. Çünki şəhid ailəsinə hörmət təkcə orden verməklə ölçülmür. Yaşlı insana ehtiram da təkcə tribunadan deyilən sözlə olmur. Bəzən bir baxış, bir davranış hamısından daha çox şey deyir. Bu formal münasibət, “protokol reaksiyası” deyildi... Dövlətin öz şəhidinə səmimi, həssas, duyğulu münasibəti idi... Dövlət öz şəhidinin atasının qarşısında, şəhid atası isə dövlətinin qarşısında məğrur, səmimi dayanmışdı.

Prezident bir daha göstərdi, şəhidlərin valideynləri, ailə üzvləri bu dövlət üçün sıradan insanlar ola bilməz. O insanlar bu torpağın hansı qiymətə geri qayıtdığını yaxşı bilirlər və bu dəyəri hər gün öz həyatlarında daşıyırlar.

Prezident bir daha göstərdi, dövlət öz torpağına qayıdan insanı necə qarşılayır, şəhid atasına necə yanaşır, ağsaqqalın qarşısında necə davranır.

Dövlət başçısının münasibəti, davranışı daha bir mesaj idi. Dövlət başçısı yaşlı insana necə yanaşırsa, məmur da onu görür. Şəhid ailəsinin yanında necə dayanırsa, cəmiyyət də onu yadda saxlayır.

Dövlət başçısı bir daha göstərdi ki, ölkəmizdə şəhid ailəsinə ehtiram da, yaşlı insana hörmət də təkcə ənənə deyil, dövlət davranışının özüdür”.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova:

“Bu gün qəhrəman şəhidimiz Samir Sarıyevin atası Əli müəllimlə cənab Prezidentimizin arasındakı görüşü izləyəndə həm kövrəldim, həm də özümüzü əmin hiss etdim.

Şəhidimizin anası erkən rəhmətə gedib, atası Əli müəllim onu çox çətinliklə,köçkünçülük həyatı ilə böyüdüb. Amma qəhrəman yetişdirib. Samir üzünü belə görmədiyi Vətən torpağı, yurd yeri üçün igidliklə döyüşüb, şəhidlik zirvəsinə ucalıb.

Atanın çəkdiyi əziyyətlər, əzizlərinin itkisi,əzabı onun simasından hiss olunur. Cənab Prezidentin onun kədərini, ağrısını hiss etməsi,qayğı göstərib narahat olması mənəvi cəhətdən bizə əminlik göstəricisidir. Hər bir kəs şəhid adına sayğı,ehtiram, şəfqət nümayiş etdirməlidir.

Çünki bu gün üzərində qürurla gəzdiyimiz o torpaqların azadlığını o belibükük Ataların kədərinə, o gözüyaşlı Anaların həsrətinə borcluyuq.Vətən elə o Atalardan, Analardan başlayır!

Cənab Prezident bu dəyəri hiss edir, qoruyur və keşiyində durur!

Hər kəs də nümunə götürməli!”

“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, Şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova:

“Cənab Prezidentin qəhrəman şəhidimiz Samir Sarıyevin atası Əli müəllimlə görüşü məni də bir şəhid anası olaraq həqiqətən çox duyğulandırdı. Onsuz da cənab Prezident hər zaman şəhid ailələrinə xüsusi qayğı göstərir. İlk və ən vacib tapşırığı da şəhid ailələrini daim diqqətdə saxlamaq, onlara hörmət etmək, problemlərinin həllində köməklik göstərməkdir. Belə bir münasibət bizim üçün çox önəmli və ən böyük təskinlikdir. Vətəni, torpağı övladlarına sevdirən, lazım gələrsə, uğrunda can verməyi öyrədən valideynlər qarşısında baş əyirəm. Cənab Prezidentin bu addımı bizim arxamızda uca dağ qədər möhkəm dayağımız olduğunun bariz nümunəsidir”.

“Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova:

“Kaş, hamı cənab İlham Əliyev kimi şəhidlərimizə və ailələrinə dəyər versin. Təşəkkür edirik”.

“Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Səfiyar Behbudovun bacısı Naibə Behbudova:

“Prezidentimizin hər zaman şəhid ailələrinə qayğı və diqqəti hər kəsə məlumdur və bunlar danılmazdır”.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli:

“Dövlət başçısı bir daha nümunə göstərdi. Şəhid ailələrinə və müharibə veteranlarına diqqət göstərmək, onların qayğıları ilə maraqlanmaq hər bir vətəndaşımızın mənəvi, vətəndaşlıq borcudur. Dövlət hər zaman Şəhidlərinə sahib çıxır və çıxacaq. Allah Şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun! Allah Qazilərimizə can sağlığı versin, uzun ömür nəsib eləsin! ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!”

“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu:

“Çox gözəl, həm də təsirli səhnə idi. Əslində cənab Prezidentimizin dəfələrlə belə alicənab, ibrətamiz, nümunəvi davranışı olub. Şəhidlərimizin ruhu daima şad olsun! Ali Baş Komandanımız başda olmaqla Allah ordumuzu qorusun!”

“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin sədri Elnurə Abuşova:

“Dövlət başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hər birimiz üçün həm qürur, həm də mənəvi dayaqdır. Şəhid əmanətinə sahib çıxmaq hər kəsin vicdan borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Oxuyanda insanın ürəyi sızlayır… Şəhid ailələrinin çəkdiyi ağrı sözlə ifadə olunmur. Samir kimi qəhrəmanların və onları böyüdən valideynlərin qarşısında hər zaman baş əyirik!”

“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli:

“Dövlət başçısı bir daha göstərdi ki, ölkəmizdə şəhid ailəsinə ehtiram da, yaşlı insana hörmət də təkcə ənənə deyil, dövlət davranışının özüdür. Bu hamıya nümunə olmalıdır”.

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva:

“Cənab Ali Baş Komandanın Şəhid ailələrinə diqqət və qayğısı hər birimizə nümunədir. Şəhidlərin ruhu şad məkanı cənnət olsun”.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva:

“Çox təsirli və qürurverici görüş idi. Şəhid ailələrinin yaşadığı ağrını sözlə ifadə etmək çətindir, amma onların yanında olmaq hər birimizin mənəvi borcudur. Əli müəllimin həyat yolu böyük fədakarlıq və Vətən sevgisinin nümunəsidir. Cənab Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və həssas münasibət insanlarda dövlətə və gələcəyə inam yaradır. Bu torpaqlar şəhidlərimizin qanı və valideynlərinin duaları hesabına azaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin”.

“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni:

“Müzəffər Ali Baş Komandan hər zaman şəhidləri və şəhid ailələrini yüksək dəyərləndirib, diqqət və qayğı ilə onları əhatə edib və bununla da hər məmura böyük örnək göstərib. Cəmiyyətimiz də bunu hər zaman yüksək qiymətləndirib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 May 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see479

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see350

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see346

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see331

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see326

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see326

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see299

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see299

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see291

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see286

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see285

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see274

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see266

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see265

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see244

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see243

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see229

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see214

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri