Icma.az
close
up
RU
Saç tökülməsinin gizli səbəbi: Qidalanma və vitamin çatışmazlıqları

Saç tökülməsinin gizli səbəbi: Qidalanma və vitamin çatışmazlıqları

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Saç tökülməsi yalnız genetik amillər və hormonlarla əlaqəli deyil.

Qaynarinfo-nun "CNN-Türk"ə stinadən məlumatına görə, daxili xəstəliklər üzrə mütəxəssis, doktor Manolya Gökrem qeyd edib ki, qidalanma çatışmazlıqları da saç sağlamlığına ciddi təsir göstərir. Onun sözlərinə görə, biotin, B12 vitamini, fol turşusu, dəmir, sink və D vitamini çatışmazlıqları saç köklərinin yetərincə qidalanmamasına səbəb olur və bu da tökülmə prosesini sürətləndirir.

Saçın əsas quruluş maddəsi olan keratinin yaranmasında mühüm rol oynayan B7 vitamini (biotin), B12 vitamini və fol turşusunun uzunmüddətli çatışmazlığı saçın incəlməsinə, uzanma sürətinin azalmasına və tökülmənin artmasına gətirib çıxara bilər: "Bu vitaminlər saçın sağlam şəkildə uzanması və güclü qalması üçün həyati əhəmiyyət daşıyır. Onların çatışmazlığı saçın zəifləməsinə səbəb olur".

Qadınlarda geniş yayılmış dəmir çatışmazlığı anemiyası saç tökülməsinin ən çox rast gəlinən səbəblərindən biridir. Mütəxəssis qeyd edib: "Dəmir, saç köklərinə oksigen daşıyaraq onların sağlam inkişafını təmin edir. Dəmir çatışmazlığı zamanı isə bu qidalanma prosesi pozulur və tökülmə artır. Eyni zamanda sink çatışmazlığı da saçın struktur bütövlüyünü zəiflədir və tökülməyə yol açır".

Dr. Gökrem əlavə edib ki, D vitamini çatışmazlığı saç köklərinin böyümə mərhələsini qısaldaraq tökülməyə səbəb olur: "D vitamini saç köklərinin sağlam inkişafı üçün vacibdir. Onun çatışmazlığı böyümə prosesini mənfi istiqamətdə dəyişdirir və saç tökülməsini sürətləndirir".

O həmçinin vurğulayıb ki, saç sağlamlığı orqanizmin ümumi metabolik balansı ilə sıx bağlıdır: "E vitamini, A vitamini və omega-3 yağ turşuları baş dərisinin nəm balansını qoruyur və qan dövranını dəstəkləyir. Bu maddələrin çatışmazlığı saçın matlaşmasına və qırılmasına səbəb ola bilər".

Sonda Dr. Gökrem bildirib ki, sağlam və güclü saçlara sahib olmağın əsasında balanslı qidalanma dayanır: "Zəruri miqdarda zülal, vitamin və mineral ehtiva edən qidalanma planı saç sağlamlığı üçün xarici baxımlardan daha təsirli ola bilər. Saç tökülməsinin əsas səbəbi düzgün müəyyənləşdirildikdə müalicə prosesi də daha uğurlu nəticə verir".

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri