Icma.az
close
up
RU
Qıcolması olan insanın ağzına qaşıq salıb dilini çıxartmaq səhv müdaxilədir Nevroloq

Qıcolması olan insanın ağzına qaşıq salıb dilini çıxartmaq səhv müdaxilədir Nevroloq

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə qıcolma səbəbindən bir gənc qızın vəfat etməsi, vəziyyətin ciddiliyini bir daha gündəmə gətirdi. Bu hadisə ətrafımızda baş verən təcili vəziyyətlərə hazır olmaq və düzgün müdaxilə etmək üçün bizləri məlumatlı olmağa vadar edir.

Redaktor.az nevroloq Röyanə Quluzadə ilə bu mövzuda müsahibəni təqdim edir:

- Qıcolma nədir və onun əsas səbəbləri hansılardır?

- Qıcolma, beynin müxtəlif qıcıqlandırıcılara qarşı verdiyi cavab reaksiyasıdır. Yəni müxtəlif qıcıqlandırıcı faktorların təsirilə beyin qişaları, beyin toxuması həssaslaşır və buna reaksiya verir. Qıcıqlandırıcı faktorlar isə çox müxtəlif ola bilər. Məsələn, infeksion faktorlar, bakteriya, virus, göbələk, helmintozlar. Yəni müxtəlif qurd və parazitlər, metabolik pozuntular, məsələn, hipoqlikemiya, hiperqlikemiya, yəni şəkərin qanda düşməsi, qalxması, mineral mübadiləsinin pozulması, hipokalsemiya, yəni qanda kalsiumun səviyyəsinin düşməsi və bir çox digər vəziyyətlər qıcolmalara səbəb ola bilər.

Günümüzdə bir çox insan qıcolma ilə epilepsiyanı qarışdırır. Qıcolma ilə epilepsiya arasında fərq varmı?

- Qıcolma və epilepsiya tamamilə fərqli anlamlardır. Bəzən insanlar elə bilir ki, qıcolma və epilepsiyar eyni məvhumdur. Lakin bu belə deyil. Fikir verdiyiniz kimi qıcolma zamanı müəyyən bir qıcıqlandırıcı amil olur. Lakin epilepsiya xəstəliyi zamanı qıcıqlandırıcı amil olmadan baş verən paroksizmal hadisədir. Zatən epilepsiyanın tərifi də bu cürdür, yəni epilepsiya qıcıqlandırıcı amil olmadan beyin hüceyrələrində baş verən hipersinxron oyanmadır.

Bu vəziyyətlər hansı yaş qruplarında daha çox müşahidə olunur?

- Qıcolmanı biz istənilən yaş qrupunda eyni dərəcədə sıxlıq görə bilirik. Lakin epilepsiya daha çox uşaq və gənc yaşlarda meydana çıxan bir xəstəlikdir.

- Qıcolma zamanı hansı əlamətlər müşahidə olunur və ətrafdakı insanlar bu hallarda necə davranmalıdır?

- Qıcolma tutması zamanı biz xəstədə çox zamanı əvvəlcə zəiflik, halsızlıq, daha sonra gözlərin qaralması, başgicəllənmənin əmələ gəlməsi və tədricən bədən əzələlərinin tonusunun düşməsi, xəstənin huşunun itməsi və daha sonra bir çox hallarda ətraflarda qıcolma, əlin ayağın tonusunun artması, bərkiməsi bəzən isə daha sonra əl və ayaqlarda çırpılma, əsmə hərəkətləri, başın arxaya ya yana çevrilməsi, ağızdan köpük gəlməsi kimi hallar görə bilirik. Bu hadisələri görən xəstə yaxınları çox zaman düzgün ilkin yardım göstərə bilmirlər. Bəzən isə hətta elədikləri müdaxilələrlə xəstənin vəziyyətini ağırlaşdırırlar.

Məsələn, qıcolması olan insanın ağzına müxtəlif metal əşyalar, qaşıq salaraq dilini dartmağa, çıxartmağa çalışırlar. Bu tamamilə səhv müdaxilədir. Belə ki, bu müdaxilə xəstənin ağız boşluğunun yaralanmasına, dişlərin sınmasına, bəzən də ağızdan gələn qanla xəstənin aspirasiyasına, boğulmasına səbəb olmaq olur.

Qıcolma vəziyyətində düzgün müdaxilə xəstəni bir böyrü üstünə çevirmək, boğazını sıxan yaxalığı açmaq, xəstənin ağzından seliyi, köpüyü təmizləmək, lakin əlini xəstənin ağzına salmamaq və rahat hava alması üçün şərait yaratmaq lazımdır.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see222

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see185

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see177

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see161

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri