Icma.az
close
up
RU
Əzələ qıcolması. Səbəblər və yardım

Əzələ qıcolması. Səbəblər və yardım

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Orqanizmdə təxminən 640 əzələ var və onlar gün ərzində dəfələrlə yığılıb açılır.

Əzələ qıcolması güclü ağrı ilə müşayiət olunan əzələ və ya əzələ qrupunun qeyri-iradi yığılmasıdır. Qıcolmalar, adətən, hərəkətinə iki oynağın cəlb olunduğu əzələlərdə baş verir. Problemə baldır və budun arxa, ön qrup, xüsusən də budun dördbaşlı əzələlərində daha çox rast gəlinir.

Həkim-endokrinoloq Gülay Məmmədova AZƏRTAC-a müsahibədə bu barədə deyib: “Əl və ayaq pəncəsi, qarın, döş qəfəsi əzələləri də qıcolmaya məruz qalır. Əzələlərdə qıcolmalar qaçış, tennis, üzgüçülük və ya digər fiziki məşqlər zamanı daha çox yaranır. Qıcolma kompüter arxasında oturanda, gəzinti zamanı və ya yuxulayanda da meydana çıxa bilər.

Risk qrupuna kiçik yaşlı uşaqlar, 65 yaşından yuxarı yaşlılar, hamilə qadınlar, artıq çəkidən əziyyət çəkənlər, fiziki məşqlər və ya iş zamanı gərginlik yaşayanlar, həmçinin bəzi dərman preparatlarını qəbul edənlər daxildir.

Əzələ qıcolmasının səbəbləri məlum olmasa da, yaranması haqqında iki nəzəriyyə var. Bir qrup tədqiqatçılar hesab edirlər ki, əzələlər gün ərzində yetəri qədər dartılma hərəkəti etmədikdə əzələ yorğunluğu və qıcolmalara aparıb çıxarır, qan dövranı pozulur və əzələlərin normal işləməsi üçün lazım olan oksigen və qlükozanın çatdırılması ləngiyir. Özünümüdafiə səbəbi ilə əzələlərdə ani olaraq yığılmalar baş verir.

Digər nəzəriyyəyə görə isə qıcolma isti havada fiziki işlə məşğul olanda və ya uzun müddət susuz qalanda orqanizmin itirdiyi duzlar, xüsusilə də kalsium, maqnezium, kalium və natrium ionlarının çatışmazlığı nəticəsində yaranır. Bundan başqa uzun müddət eyni vəziyyətdə hərəkətsiz qalmaq da əzələlərdə qeyri-iradi yığılmalara səbəb ola bilər”.

Həkim-endokrinoloqun dediyinə görə, adətən, qıcolmalar özbaşına keçib gedir: “Onu tez aradan qaldırmaq üçün isə bir sıra üsullardan istifadə etmək olar. Məsələn, qıcolma yaranan kimi dərhal hərəkəti dayandırmaq, əzələni ehmalca dartmaq və masaj etmək, ayaq pəncəsini əllə ehtiyatla özünə tərəf qaldırmaq lazımdır. Həmin hərəkət zamanı diz oynağı tam açılmalıdır. Əgər budun arxa əzələsi qıc olubsa, diz oynağı bükülü vəziyyətdə olmalıdır.

Qıc olmuş əzələyə bir neçə dəqiqə istirahət vermək olar. Əzələni yığmaq istəyi ikinci qıcolma ilə nəticələnə bilər. Qıcolma keçdikdən sonra əzələ hələ də gərgin vəziyyətdədirsə, onu masaj etmək, isitmək və sarğı ilə sıx bağlamaq lazımdır.

Əzələ qıcolmalarının qarşısını almaq üçün daim yüngül fiziki məşqlər və əzələlərin dartılma hərəkətləri etmək lazımdır. Balanslaşmış qidalanmanı da unutmaq olmaz. Rasionda kifayət qədər kalsium, maqnezium, natrium və kalium tərkibli qidalar olmalıdır. Əzələlərdə qan dövranını zəiflədən siqaret, alkoqol, qəhvə, tünd qara çay, qazlı və turşulu içkilərin qəbulu azaldılmalıdır.

Qıcolmalar bir qrup əzələlərin insanın iradəsindən asılı olmadan şiddətli və ağrılı yığılmasıdır. Bu problemlə üzləşməyən çox az adam ola bilər. Hər kəs ömründə bir dəfə də olsa əzələ qıcolması ilə qarşılaşır və bu, bir neçə saniyədən 15 dəqiqəyə qədər davam edir”.

Qıcolmanın səbəbləri barədə isə həkim bunları deyib: “Uzun müddət oturmaq, həddən artıq gəzmək, idmanla çox məşğul olduğuna görə əzələ yorğunluğu olsa da, bəzi xəstəliklərin əlaməti də ola bilər. Parkinson, yastı pəncəlilik, şəkərli diabet, hipotireoz (qalxanvarı vəzinin funksiyasının azalması), su və elektrolit itkisi ilə gedən bəzi xəstəliklər, kalsium, maqnezium, D və B12 vitaminlərinin çatışmazlığı, əzələnin qan dövranı pozuntusu, alkoqolizm, bəzi dərmanların qəbulu (bəzi təzyiqsalıcı, sidikqovucu və antidepressant dərmanlar) əzələ qıcolmalarına səbəb ola bilər. Hamiləlik zamanı ayaqlarda əzələ qıcolmaları daha çox rast gəlinir. Bunun səbəbi uşaqlıq daxilində böyüyən dölün bəzi sinirlərə və damarlara təzyiq göstərməklə, ayaqlarda qan dövranının qismən pozuntusu ola bilər. İdman hərəkətləri edəndən sonra əzələ qıcolmaları varsa, əvvəldən isinmə hərəkətləri edilməlidir. Gecə yatanda əzələ qıcolmaları olduqda, yatmazdan əvvəl ayaq əzələləri üçün xüsusi idman hərəkətlərinə ehtiyac var. Soyuq ayaqlarda əzələ qıcolmalarına təkan verir. Bu səbəbdən ayağı isti saxlamaq və ya xüsusi isidici yastıqlardan istifadə etmək lazımdır”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri