Icma.az
close
up
RU
Qidadan zəhərlənmiş şəxs restorandan təzminat ala bilər? AÇIQLAMA

Qidadan zəhərlənmiş şəxs restorandan təzminat ala bilər? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Şirvanda restoranda baş verən kütləvi zəhərlənmə hadisəsi ictimai iaşə obyektlərində təhlükəsizlik və hüquqi məsuliyyət məsələsini yenidən gündəmə gətirib. “Pizza Time” restoranında zəhərlənənlərin sayı artıq 15 nəfərə çatıb və faktla bağlı genişmiqyaslı araşdırmalar aparılır. Hazırda obyektin fəaliyyəti dayandırılıb, Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlamalar davam edir.
Bu cür hallarda vətəndaşların hüquqlarının qorunması mexanizmi qanunvericiliklə tənzimlənir. Qida zəhərlənməsi ilə üzləşən şəxslər həm sağlamlıqlarına dəymiş zərərin, həm də çəkdikləri mənəvi iztirabların kompensasiyasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi bu məsələdə istehlakçının tərəfində dayanır. Xidmətin və ya məhsulun qüsurlu olması səbəbindən yaranan hər bir zərər birbaşa həmin xidməti göstərən və ya məhsulu təqdim edən tərəfin üzərinə düşür.
Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai iaşə obyektində (restoran, kafe və s.) baş verən zəhərlənmə halı ilə bağlı zərərçəkən şəxs həmin müəssisəni məhkəməyə verərək həm maddi, həm də mənəvi zərərə görə təzminat tələb edə bilər:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini xidməti göstərmiş şəxs ödəməlidir. Həmçinin malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. Zərərçəkən şəxs zəhərlənmə nəticəsində çəkdiyi tibbi xərcləri, iş qabiliyyətinin itirilməsi nəticəsində məhrum olduğu qazancı və çəkdiyi iztirablara görə mənəvi zərərin ödənilməsini tələb edə bilər. Təzminat almaq üçün zəruri addımlar həmin şəxslər ilk olaraq, sübutlar toplanmalıdır. Bu, məsələn, restoranda yemək yediyinizi təsdiq edən kassa çeki ola bilər. Zəhərlənmənin məhz həmin qidadan baş verdiyini təsdiq edən həkim rəyi və ya ekspertiza nəticəsi olunmalıdır. Bu sübutları topladıqdan sonra əvvəlcə obyektə rəsmi şikayət göndərilməli, nəticə vermədikdə isə məhkəməyə müraciət edilməlidir”.
Şirvandakı hadisə digər sahibkarlar üçün də xəbərdarlıqdır. Sanitariya normalarına laqeyd münasibət təkcə inzibati cərimələrlə deyil, həm də biznesin tamamilə bağlanması və ağır təzminat ödənişləri ilə nəticələnə bilər. İstehlakçıların sosial media və hüquqi yollarla aktivləşməsi bu növ hadisələrdə ictimai nəzarəti daha da gücləndirir.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri