Qırğız Respublikasının Prezidenti COP29da iştirak etmək üçün Azərbaycana gəlib
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Ölkə.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

