Qırğızıstan, Belarus və Ermənistana elektrik avtomobilləri gömrük rüsumu olmadan idxal ediləcək
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
.Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələrinin hökumət başçıları 2026-cı ildə bəzi üzv dövlətlərə elektrik avtomobillərinin rüsumsuz idxalı barədə razılığa gəliblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, qərara əsasən, Belarusa 20 min elektrik avtomobili, Ermənistana 15 min elektrik avtomobili və hibrid avtomobil, Qırğızıstana isə 15 min elektrik avtomobili və hibrid avtomobilin gömrük rüsumu olmadan idxalına icazə veriləcək.
Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnyovun sözlərinə görə, bu cür gömrük güzəştləri artıq müsbət təsir göstərib.
"Bu tədbir elektrik avtomobilləri bazarının inkişafına, doldurma infrastrukturunun genişləndirilməsinə və ekoloji cəhətdən təmiz nəqliyyatın payının artırılmasına xidmət edəcək", - deyə o bildirib.
Cavid
Bu mövzuda digər xəbərlər:Qırğızıstan XİN başçısı Ermənistana gedir
22 Yanvar 2025 18:58
Azərbaycan vasitəsilə Ermənistana qaz idxal ediləcək?
26 Yanvar 2026 10:00
Putin Belarus, Qırğızıstan, Qazaxıstan və Ermənistan liderlərini Aİİ Günü münasibətilə təbrik edib
29 May 2025 15:30
Elektrik mühərrikli avtobuslar üçün yeni idxal gömrük rüsumu müəyyənləşib
05 Sentyabr 2025 14:18
Ermənistana Azərbaycandan şəkər də idxal ediləcək?.. “Hraparak“
27 Yanvar 2026 09:07
Baxış sayı:65
Bu xəbər 16 Dekabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















