Qırğızıstan idmançısı: MDB Oyunları yüksək səviyyədə təşkil olunub və burada iştirakımızdan məmnunuq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəki, 30 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Çövkən üzrə milli komandamız MDB Oyunlarında ilk dəfədir iştirak edir. Azərbaycanda yarışlar çox yüksək səviyyədə təşkil olunub və burada iştirakımızdan olduqca məmnunuq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında III MDB Oyunları çərçivəsində Şəkidə keçirilən çövkən üzrə yarışlarda iştirak edən Qırğızıstan millisinin üzvü Temir Moldokulov deyib.
Təşkilatçılıqdan, idmançılara göstərilən diqqətdən məmnun qaldıqlarını vurğulayan Qırğızıstan idmançısı deyib: “İlk növbədə dövlətinizə minnətdarıq ki, belə mötəbər yarışlar təşkil edir. Oyunlara müxtəlif ölkələrdən xeyli sayda idmançı qatılıb. Ümid edirik ki, biz gələcəkdə də belə yarışlara dəvət alacağıq. Çünki bunda çox maraqlıyıq. Şəki bizim çox xoşumuza gəldi. Qədim və gözəl şəhərdir. Dünən bir az şəhəri gəzdik, Xan Sarayında olduq. Hər yerdə bizə isti münasibət göstərdilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















