Icma.az
close
up
RU
Fərid Qayıbov: “İnanırıq ki, MDB Oyunları Azərbaycanda yüksək səviyyədə təşkil olunacaq”

Fərid Qayıbov: “İnanırıq ki, MDB Oyunları Azərbaycanda yüksək səviyyədə təşkil olunacaq”

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə yekdilliklə Milli Olimpiya Komitəsinin prezidenti seçildi”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov fevral ayını dəyərləndirərkən deyib.

O sayca 42-ci “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Olimpiya Hərəkatına rəhbərliyi ölkəmizin idman uğurlarının sütunudur: “Bu seçim ölkəmizdə Olimpizmin inkişafı və idman uğurlarının davamına doğru atılan addımdır”.

Qayıbov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli Sərəncamı ilə III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclasını da xatırladıb: “Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifovun sədrliyi ilə iclasda ölkəmizin müxtəlif şəhərlərində təşkil ediləcək yarışlar, idman obyektlərinin hazırlığı və digər təşkilati məsələlər müzakirə olundu. Azərbaycanda təşkil olunan digər mötəbər idman tədbirlərinin təcrübəsindən faydalanaraq, bu böyük tədbirin də peşəkar şəkildə və mükəmməl səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıqlar, konkret vəzifələr müəyyənləşdirildi. İnanırıq ki, bu tədbir Azərbaycanda yüksək səviyyədə təşkil olunacaq və ölkəmiz beynəlxalq arenada bir daha mükəmməl təşkilatçılıq qabiliyyətini nümayiş etdirəcək”.

Nazir vurğulayıb ki, fevralda Bakı növbəti dəfə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna, cüdo üzrə “Böyük Dəbilqə” turnirinə uğurla ev sahibliyi edib: “Sözsüz, hər iki yarışda idmançılarımızın uğurlu çıxışı da sevindirici oldu. Dünya Kubokunda batut gimnastikası üzrə qarışıq sinxron proqramı ilk dəfə tətbiq olundu ki, bu da tarixi bir hadisə idi. Ölkəmizdə ilk dəfə olaraq badminton üzrə Avropa çempionatı da keçirildi. Təbii ki, nüfuzlu yarış son illər ölkəmizdə inkişaf edən bu idman növünün daha da populyarlaşmasına gətirib çıxaracaq. Federasiyalarımızı beynəlxalq yarışların uğurlu təşkilinə görə, idmançılarımızı isə əldə etdikləri qələbələrə görə təbrik edirəm. Ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüm zamanı, çıxış etdikləri yarışlar və qazandıqları qələbələr barədə danışdıq. Bu görüş idmançılarımızın əldə etdiyi uğurların dəyərini bir daha vurğulamağa və gələcəkdə daha böyük zirvələrə çatmaq üçün birlikdə çalışmağa təşviq edir. 2024-cü ildə Olimpiya, dünya və Avropa çempionu olaraq Hidayət Heydərovun Beynəlxalq Cüdo Federasiyası tərəfindən "İlin kişi cüdoçusu" seçilməsi də sevindirici xəbər oldu”.

Qayıbov Azərbaycan Elektron İdman Növləri Federasiyasının yeni rəhbərliyinə uğurlar da arzulayıb: “Ümumi yığıncaqları keçirildi. Tədbirdə Oqtay Qasımzadə federasiyanın yeni prezidenti seçildi və təşkilatın gələcək fəaliyyətləri müzakirə edildi. Federasiyanın yeni rəhbərliyinə və idarə heyətinə uğurlar arzulayıram”.

Nazir bildirib ki, dövlət qurumlarının əməkdaşları arasında ənənəvi yarışlar bu ay da keçirilib: “Stolüstü tennis, qadınlar arasında minifutbol turnirlərində dövlət qurumlarının əməkdaşları fəal iştirak etdilər. Belə tədbirlərin keçirilməsi əməkdaşlar arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişafı və komanda ruhunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Artıq iki ildən çoxdur ki, mütəmadi olaraq keçirdiyimiz bu yarışlar həmçinin iş mühitində əməkdaşların motivasiyasını artırır, kreativ düşüncələrin və yeni ideyaların yaranmasına şərait yaradır, daha məhsuldar və effektiv iş mühiti formalaşdırır. Qarşıda bizi təbiətin oyandığı mart ayı gözləyir. İnanıram ki, ay idmançılarımızın və gənclərimizin yeni uğurları ilə zəngin olacaq”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri