Icma.az
close
up
RU
Qırğızıstan milli türk kimliyinə qayıdış yolunda cəsarətli addımlar atır, biz də atmalıyıq ŞƏRH

Qırğızıstan milli türk kimliyinə qayıdış yolunda cəsarətli addımlar atır, biz də atmalıyıq ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Yeni il ərəfəsində Qırğızıstan parlamenti şəxsiyyət vəsiqələrində milliyyət qrafasının bərpasını və soyad sonluqlarının milli söy-kökə uyğun dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb. Layihənin müəllifi Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyevdir. Yeni qanun layihəsi barədə məlumat verən spiker bildirib ki, qırğız xalqı nəhayət, öz milli soyad sonluğuna keçməlidir. O, yeni ildən etibarən, öz soyadını Nurlan Turqunbek uulu (oğlu) kimi rəsmiləşdirəcəyini də bəyan edib.


Qırğız Respublikası Joqorku Keneşinin (Qırğıstan Parlamentinin) sədri Nurlanbek Şakiyev tarixi soy-kökə qayıdışın, milli dəyərlərin fəal təbliğatçısı kimi tanınır. Şakiyev siyasi karyerası boyu rus imperializminə qarşı çıxıb, ölkəsində rus dilinin ikinci dil səviyyəsinə qaldırılmasını daim tənqid edib. Siyasətçi həmçinin qırğız uşaqlarının öz ana dilində təlim-tərbiyə edilməsini vacib sayaraq uşaqlar üçün yayımlanan animasiya filmlərinin rus dilində dublyajının əleyhinə çıxıb. “Ov”, “yev” soyad sonluqları ilə vidalaşmağın zamanı gəldiyini söyləyən spiker parlamentin tribunasından deyib: “Beləliklə, yeni ildən sonra mən Nurlan Turqunbekoviç deyil, Nurlan Turqunbek uulu olacağam”. Soyad sonluqları ilə bağlı qanun layihəsində ilkin olaraq dörd variant təklif edilib. Belə ki, vətəndaşlara rus soyad sonluğu olmayan, ata və baba adları daxil olmaqla, ənənəvi “uulu” (kişilər üçün) və “kızı” (qadınlar üçün) elementləri əlavə edilməklə soyadlar seçmək imkanı müzakirə olunub. Lakin müzakirələr zamanı deputatlar qərara gəlib ki, bir neçə variantın təklifi insanları çaşbaş duruma sala bilər. Çaşqınlıq yaranmasın deyə, parlament vahid variant üzərində dayanmağa qərar verib.

Beləliklə, 2025-ci ildə Qırğızıstan soyad sonluqları ilə bağlı vahid qanun qəbulunu reallaşdıracaq. Yeri gəlmişkən, bu qanun layihəsi Nurlanbek Şakiyevin ilk qanunverici təşəbbüsü deyil. Onun indiyədək parlamentə təqdim etdiyi qanun layihələri arasında 1918-1953-cü illərdə siyasi repressiyaya məruz qalmış insanların reabilitasiyası, dövlət bayrağının və himninə dəyişikliklər edilməsi təşəbbüsləri də var. Şakiyev həmçinin, sovetdənqalma təhsil ənənəsinə qarşı çıxıb. O, tədricən, Avropa təhsil sisteminə keçilməsini və təhsildə yeni innovasiyaların tətbiqini təklif edib. Spiker 12 illik orta məktəb təhsil modelinə keçid təşəbbüsü ilə də dəfələrlə çıxış edib. Sosial şəbəkələrin rus seqmentində və Rusiyanın bir sıra media orqanlarında Nurlanbek Şakiyevə qarşı qara piar başladılıb. Onun “ov”-“yev” sonluqlarından imtina edərək milli soyada keçmək təşəbbüsünü Rusiya mediasında “kürəyə saplanmış bıçaq” adlandıranlar da olub.


Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a deyib ki, Sovet rejimi Qafqazda əsasən Azərbaycanı, Orta Asiyada da türk respublikalarını öz milli kimliyindən uzaqlaşdırmaq, kökündən qaralamaq, ruslaşdırmaq istəyirdi.


Ekspert vurğulayıb ki, bunun üçün əsasən türk xalqları hədəf seçilmişdi: 

"Ermənilər, gürcülər, ruslar öz milli soyad sonluğunsa qaldığı halda müsəlmanları, əsasən də türkləri rus soyad sonluğuna məcbur edirdilər. Doğrudur, Sovet rejimi dağıldı və bu ölkələrin bir çoxu müstəqillik əldə etdi. Lakin Rusiyanın təsiri hələ də o ölkələrin üzərindədir. Buna baxmayaraq Özbəkistan, Qazaxıstan, ələlxüsus Qırğızıstan milli türk kimliyinə qayıdış yolunda cəsarətli addımlar atır. Orta Asiyadakı türk dövlətlərinin Rusiyadan çəkinmədən bu addımları atmaları Türkiyənin onlara ruh verməsi, mənəvi, siyasi himayəsidir. Çünki Turan İttifaqının üzvləri kimi Orta Asiya respublikalarında milli kimliyə qayıdış siyasi, hərbi, iqtisadi və başqa sahələrdəki birliyə aparan labüd yoldur".


T.İrfan vurğulayıb ki, Qırğızıstan bu addımı ilə böyük iş görür və başqalarına da nümunə olur: 

"Arzu edirəm ki, ölkəmizdə də bu addım atılsın. İnsana telefon, televizor kimi ümumi ad vermək olmaz, onun şəxsiyyətini müəyyən edən milləti var. Bunu sənəddə göstərməkdən qorxmaq lazım deyil. Eyni zamanda təkcə rus deyil, ümumilikdə yad, əcnəbi soyad sonluqları ölkəmizdə də məhdudlaşdırılmalı, ən azı rus sonluğunun buxovundan xilas olmalıyıq. Qırğızıstanın milli ənənələrə, dəyərlərə qayıdışı yolunda atdığı bu addım təqdirəlayiqdir və birliyimizə, yaxınlığımıza aparan yolda cəsarətli addımlardan biridir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Yanvar 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri