Qırğızıstan TDT yə sədrliyi dövründə 120 dən çox yüksək səviyyəli tədbir keçirib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bugünkü çağırışlar bizi məcbur edir ki, daha həmrəy olaq”.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, keçən il Qırğız Respublikası təşkilatda sədrliyi öz üzərinə götürdü: “Bu bizim üçün vacib dövr idi. Bizim sədrliyimiz dövründə 124 yüksək səviyyəli tədbir uğurla təşkil edilib. Bizim sədrliyimiz Türk dünyasının gücləndirilməsinə yönəlmişdi. Əminəm ki, bizim iqtisadi təmaslarımız genişlənəcək. Rəqəmsal gələcəklə bağlı elektron imzaların qarşılıqlı tanınması ilə bağlı saziş irəli sürüb. Biz təhlükəsizlik sahəsinə də böyük əhəmiyyət veririk. Bu sahədə də biz saziş təklif etmişik. Bu saziş terrorçuluq, ekstremizm, beynəlxalq cinayətlərlə bağlı birgə əməkdaşlığı təşviq edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 07 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















