Qırğızıstan Vaşinqton razılaşmalarını dəstəkləyir
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiev Bişkekdə erməni həmkarı Alen Simonyanla görüşüb.
APA xəbər verir ki, bu barədə Qırğızstan parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, görüş zamanı iki ölkə arasında siyasi-iqtisadi, mədəni və humanitar əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub, həmçinin parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Nurlanbek Şakiev Qırğızıstanın bu ilin 8 avqustunda Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış razılaşmaları dəstəklədiyini qeyd edib.
“İnanıram ki, bu tarixi hadisə ölkələr arasında dostluğun möhkəmlənməsi ilə bərabər, həm də Cənubi Qafqazda və bütövlükdə regionda sabitlik və inkişafa töhfə verəcək”, - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 04 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















