Icma.az
close
up
RU
Qırğızıstana gəlməmişdən əvvəl Kurban Berdiyevlə məsləhətləşdim, haqqımda çox gözəl sözlər demişdi MÜSAHİBƏ

Qırğızıstana gəlməmişdən əvvəl Kurban Berdiyevlə məsləhətləşdim, haqqımda çox gözəl sözlər demişdi MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

“Turan Tovuz”dan ayrıldıqdan sonra Qırğızıstanın “Ozgon” klubuna keçən Orxan Əliyev Sportal.az saytına müsahibə verib. 29 yaşlı forvardın yeni komandasındakı ilk qolu da elə debüt matçına təsadüf edib. O, Qırğızıstandakı hədəflərindən də danışıb.

- “Turan Tovuz”da nəyə görə qalmadın? Halbuki bu klub sənin üçün qışda “Kəpəz”ə transfer məbləği də ödəmişdi. “Turan Tovuz”da qala bilərdin?

Əlbəttə ki, rahatlıqla “Turan Tovuz”da qala bilərdim. Çünki mənim klubla daha bir illik müqaviləm var idi. Bu, mənim qərarım idi. 

- Kurban Berdiyev sənə lazımı qədər güvəndi, yoxsa çox da şans vermədi və daha çox oynamadığın üçün oradan ayrıldın?

Bəlkə də, "Turan Tovuz"a keçidim o qədər də uğurlu deyildi. Amma Kurban Berdıyev mənim üçün çalışmaq istədiyim ən yaxşı mütəxəssislərdən biridir. Təəssüf ki, futbolda hər zaman, hər şey istədiyin kimi getməyə bilər. Amma sizə deyim ki, seçim etməmişdən əvvəl onunla məsləhətləşmişdim. O, mənə haqqımda çox gözəl sözlər dedi. Hansı ki, bu sözlər məni daha da motivasiya edir. Kurban Berdıyevə anlayışı üçün təşəkkürümü bildirirəm.

- Necə düşünürsən, “Turan Tovuz” bu mövsüm avrokuboklara düşə biləcək?

Ümidvaram ki, “Turan Tovuz” bu mövsüm avrokuboklara vəsiqə qazanacaq. Onlara uğurlar arzulayıram.

- Qırğızıstanın “Ozgon” klubuna keçidin reallaşdı. Transfer haqda nə deyəcəksən? Təklif yalnız Qırğızıstan klubundan idi?

Xeyr, mənə Azərbaycan klublarından da təklif gəlmişdi. Amma şərtlər uyğun gəlmədi. Qırğızıstanın digər klublarından da dəvət olmuşdu. Menecerim Qvanzav Maqomedov “Ozgon”a keçmək variantını təklif etdi. Onlar da öz şərtləri ilə məni maraqlandırdı. Üstəlik, klub rəhbərliyi və məşqçilər korpusu da məni öz klublarında görmək istəyirdilər. Belə olduqdan sonra təbii ki, keçid reallaşdı.

- Qırğızıstan klubunda əsas hədəf nə olacaq? Hansı şərtlərlə bu komandaya keçdin?

Komanda ilk dəfədir ki, yüksək liqada çıxış edir. Qarşıya o qədər də böyük hədəflər qoyulmayıb. Amma bizim yaxşı komandamız var. Fikrimcə, mövsümün sonuna qədər özümüzü ən yaxşı tərəfdən göstərəcəyik.

- Bu yay Qırğızıstana yollanan azərbaycanlı futbolçuların sayı çox oldu. Səncə, bu nə ilə əlaqədardır? Qırğızıstan klubları azərbaycanlı futbolçulara bu qədər çox güvənir?

Özünüz də görürsüz ki, nə qədər azərbaycanlı Qırğızıstana gəlib. Hansı ki, onlar özlərini burada ən yaxşı tərəfdən göstərə bilər. Bu, onlar yaxşı şansdır. Bildiyiniz kimi, demək olar ki, bütün futbolçuları bura menecerim və yaxın dostum Qvanzav Maqomedov gətirir.

- Qırğızıstan futbolunun səviyyəsi, çempionatın səviyyəsininecə hesab edirsən? Azərbaycandan aşağı səviyyədədir?

- Azərbaycan və Qırğızıstan futbolunun səviyyəsini müqayisə etsək, hələ ki Qırğızıstan futbolu geridədir. Amma burada futbol çox sürətlə inkişaf edir və düşünürəm ki, tezliklə burada yaxşı səviyyədə futbol olacaq. Qırğızıstanın prezidenti və Qırğızıstan Futbol Federasiyasının rəhbəri futbolun inkişafına çox diqqət ayırır. Özünüz baxın da, ötən mövsüm yüksək liqada 10 komanda var idi, bu mövsüm 14 oldu. Yeni mövsümdən isə 16 klubun olacağı ehtimal edilir. Bu barədə nəsə danışmağa ehtiyac yoxdur, hər şey göz qabağındadır.

- Debüt oyununda “Asiaqol” komandasına qol vurdun, görüşü də 2:0 qalib gəldiz. Bu haqda nə deyəcəksən?

Debüt görüşündə qol vurduğuma görə şadam. Qalib gəldik, bu da xüsusi sevincdir. Amma hər şey hələ indi başlayır. Öz üzərimdə hələ çox işləməliyəm. Çünki böyük hədəflərim var. Bununla dayanmaq olmaz. Çalışmaq və irəliyə baxmaq lazımdır. Hər şey alınacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 İyul 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri