Qırğızıstanda alpinistləri xilas etməyə yollanan helikopter sərt eniş edib: Xəsarət alanlar var
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qırğızıstan Müdafiə Nazirliyinin helikopteri Çinlə sərhəddə yerləşən Qələbə zirvəsi yaxınlığında sərt eniş edib.
Oxu.Az bu barədə "Sputnik Qırğızıstan"a istinadən məlumat yayıb.
Qeyd olunur ki, hadisə vaxtı helikopterdə 10 nəfər olub. İnsident nəticəsində ekipaj komandiri və özəl turizm şirkətinin bir xilasedicisi xəsarət alıblar.
İlkin məlumatlara görə, zərərçəkənlərin müxtəlif sınıq xəsarətləri var, lakin vəziyyətləri stabildir.
Qırğızıstan Müdafiə Nazirliyindən bildirib ki, "Mi-8" helikopterinin ekipajı köməksiz vəziyyətdə qalan alpinistləri təxliyə etmək məqsədilə dağ silsiləsi istiqamətinə hərəkət edib.
"Hündürlük və çətin hava vəziyyəti ilə əlaqədar helikopter sərt eniş edib. Helikopterin göyərtəsində təxliyə işlərinə cəlb olunmuş ekipaj üzvləri və dağ xilasediciləri olub, onlar hamısı sağdır", - nazirliyin məlumatında qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 16 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















