Icma.az
close
up
RU
Qırğızıstanlı səfirin Ağdamda səmimi görüntüləri: Bulaqdan su içdi, şəhidlərin ruhuna dualar oxudu FOTOLAR

Qırğızıstanlı səfirin Ağdamda səmimi görüntüləri: Bulaqdan su içdi, şəhidlərin ruhuna dualar oxudu FOTOLAR

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri cənab  Maksat  Mamıtkanov Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfərə  gedib.


Bakupost.az -a bu barədə   Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı  Səfirliyindən məlumat daxil olub.

Səfər çərçivəsində  Ağdam rayonunda  yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində  Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin  birgə tədbirinin keçirilməsi nəzərdə tutulur.

19 dekabr 2025-ci il tarixdə baş tutacaq görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov,Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri cənab  Maksat  Mamıtkanov, Türk Ticarət Mərkəzinin (TTM) direktoru  cənab  Yılmaz Okuklu, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif  Həsənov və digər  şəxslər iştirak edəcəklər.

Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin və  Türk Ticarət Mərkəzinin  birgə həyata keçirdiyi  tədbir zamanı qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 4 dekabr "Manas Dastanı Günü" və 11 dekabr “Beynəlxalq Dağlar Günü” münasibəti ilə Ağdam rayon sakinləri ilə  görüş  nəzərdə tutulur.

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin birgə ideyası olan bu tədbirin təşkil olunmasında məqsəd ölkələr arasındakı tarixi  qardaşlıq bağlarını daha da möhkəmləndirmək,ölkə liderlərinin yürütdükləri  siyasətə dəstək vermək və işğaldan azad olunmuş ərazilərə,öz doğma yurdlarına qayıtmış Azərbaycan vətəndaşları ilə birgə olduqlarını  nümayiş etdirməkdir.

Cənab səfirin işğaldan azad olunmuş Qarabağ torpaqlarına heç bir xüsusi mühafizə qoruması  olmadan getməsi və insanlarla səmimi görüşü diqqəti cəlb edib.O,Ağdamın Kəngərli kəndində  sakinlərlə  birgə  nahar edib,çay süfrəsində səmimi hisslərini bölüşüb.

Hər zaman Azərbaycan xalqına qardaş mövqeyində dayanan Qırğızıstan Respublikasının səfiri Ağdam rayonu,Əlimədədli kənd şəhidlərinin ruhuna dualar oxuyub və onlar haqqında məlumatlar əldə edib.

Səfər öncəsi cənab səfir  Ağdamda  yerləşən “Aidə” bulağından su içib və Qarabağla bağlı təəssüratlarını bölüşüb.

Səfir  Maksat  Mamıtkanov Azərbaycan Dövlətinin Qarabağda gördüyü quruculuq-abadlıq işlərinə heyran qaldığını,bir qardaş ölkənin nümayəndəsi  fərəh  duyduğunu və bu işlərdə qardaş Qırğız Respublikasının hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.

Səfər çərçivəsində cənab səfiri müşayət edən Türk Ticarət Mərkəzinin (TTM) direktoru  cənab  Yılmaz Okuklu bu kimi  tədbirlərin dost,qardaş münasibətdə olan ölkələr arasında daha çox keçirilməsinin  əhəmiyyətini qeyd edib. Yılmaz Okuklu  qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Ağdam rayon sakinləri ilə nəzərdə tutulan görüşün mənəvi əhəmiyyətindən də danışıb.

O, bu kimi tədbirləri dost xalqların əbədi qardaşlıq münasibətlərinin davamı kimi qiymətləndirib.

Səfər çərçivəsində I Qarabağ Müharibəsinin döyüşçüsü, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev  tarixi torpaqlarımız barədə cənab səfirə və digər qonaqlara məlumatlar verib.

Qeyd edək ki,19 dekabr 2025-ci il tarixdə  Qırğızıstan Respublikasının  dəstəyi ilə tikilmiş,Ağdam rayonunda  yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində  yerli sakinlərlə görüş keçiriləcək.

Görüş zamanı 500  ailəyə, o cümlədə 200-ə yaxın şagirdə bayram sovqatı paylanılacaq.

Bu kimi tədbirlərin Qarabağın işğaldan azad olunmuş digər ərazilərində də  silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Dekabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri