Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? AÇIQLAMA VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Sürücülər bəzi hallarda işıqforda yaranan nasazlıq onların cərimələnməsinə səbəb olduqlarını bildirirlər. Bu hallarla paytaxtın Bakıxanov küçəsində, Azadlıq və Xətai prospektlərində daha çox rast gəlmək mümkündür.
Avtosfer.az xəbər verir ki, sürücülərdən birinin işıqforun qırmızı işığının saniyələr bölməsinə aldanaraq qırmızı işıqda keçməsinin görüntüləri müzakirələr səbəb olub. Svetoforun qırmızı işığında gözləyən sürücü geri sayımda yaşıl işığa keçəcəyini düşünür, lakin göstərici “01”də qalır, sürücü isə hərəkəti davam etdirir. Bu cür hallarda sürücülərin nə etməli olduğunu nəqliyyat eksperti Elməddin Muradlı izah edib. O qeyd edib ki, hansısa paralel küçələrdə sıxlıq yarandığı zaman müəyyən küçələrdə işıqforun qırmızı işığı davam edir:
“Bir çox ərazilərdə “yaşıl dalğa” prinsipi tətbiq ediləndə işıqfordakı bu rəqəmlər sürücüləri çaşdırır. “Yol hərəkəti haqqında” Qanunun tələbinə görə, sürücü sükan arxasında olarkən, işıqforun saniyələr bölməsini yox, əsas bölməsini üstün tutmalıdır. Bir çox məqamlarda rəqəmlər işə yarayır, bəzən də by cür problemlərlə üz-üzə qoyur. Bu məqamda işıqforun heç bir günahı yoxdur, günah sürücüdədir ki, o, hərəkəti davam etdirir. Buna görə də sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat 3 bal cərimələnib. Görüntüləri yaymaqda məqsədimiz bu sürücü kimi işıqfordakı saniyələrə diqqət etməyin, əsas bölməyə diqqət edin. Baxın, videoda sürücünün işıqfora aldanaraq hərəkət etməsi digər sürücüləri də çaşdırıb. Sürücülərdən biri tez ayıldı, stop-xətti keçmədi. Digəri isə xətti keçdiyinə görə 40 manat cərimələnir. Qırmızı işıqda keçən sürücü polisə saniyələrə görə şikayət eləsə, ona cavab belə olacaq: “Sən saniyə bölməsinə yox, əsas bölməyə diqqət etməliydin. Səhv sənindir, get cəriməni ödə, balı da çayla içərsən”.
Səfər
Oxunub 194
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 15 Yanvar 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















