Qaydaları tapdalayan sürücü təhlükəli “şou”ları ilə özünü ifşa etdi 30 BM 045 VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın müxtəlif ərazilərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü davranışlarını sosial şəbəkə hesabında paylaşaraq diqqət çəkməyə çalışıb.
Avtosfer.az-ın məlumatına görə, 30-BM-045 dövlət nömrə nişanlı “Saipa” markalı avtomobilin sürücüsü hərəkət zamanı təhlükəli manevrlər edərək təkərlərin sürtünməsi səsləri çıxarıb.
Bibiheybət yolunda qeydə alınan görüntülərdə sürücünün avtomobili davamlı olaraq sağa və sola yönəltməsi, bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxması açıq şəkildə görünür.
Mikayıl Useynov küçəsində lentə alınan digər kadrda isə sürücünün heç bir zərurət olmadan duman işıqlarını yandıraraq hərəkəti davam etdirdiyi, avtomobilin arxa dövlət nömrə nişanına qanunla qadağan edilmiş göy işıq cihazı quraşdırdığı və konstruksiyasına müdaxilə etdiyi müşahidə olunur.
Qeyd edək ki, bu cür “şou” xarakterli hərəkətlər təkcə qayda pozuntusu deyil, eyni zamanda qəza riskini artırır. Sosial şəbəkələrdə paylaşım naminə edilən məsuliyyətsiz manevrlər isə sonda ağır nəticələrə yol aça bilər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 23 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















