Bu şəxslər icbari tibbi sığorta və psixoloji yardımla təmin ediləcək Yenilənib
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Psixoloji yardımın maliyyələşdirilməsi qaydasına dəyişiklik edilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Psixoloji yardım haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar.
***
Eyni zamanda minatəmizləmə zamanı zərərçəkənlər icbari tibbi sığorta ilə təmin olunacaq.
Layihəyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















