Qırmızı Xaç Myanmada zəlzələdən sonra humanitar böhranla bağlı xəbərdarlıq edib
Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Qızıl Xaç Komitəsi Myanmada güclü zəlzələdən sonra humanitar böhranın yarandığını bildirib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
“Myanma 7,7 bal gücündə zəlzələ nəticəsində 1600-dən çox insanın ölümünə səbəb olan humanitar böhranla üz-üzədir və ölkənin ehtiyacları hər saat artır”, - Qırmızı Xaç Cəmiyyəti bildirib.
Agentlik yazır ki, bir əsrdə Myanmada baş verən ən güclü zəlzələlərdən biri körpülər, magistral yollar, hava limanları və dəmir yolları da daxil olmaqla infrastruktura ziyan vuraraq xilasetmə işlərinə mane olub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Asiya-Sakit Okean bölməsinin rəhbəri Alexandre Mateu, "Bu, sadəcə bir fəlakət deyil, mürəkkəb humanitar böhrandır",-deyə qeyd edib.
Reuters xəbər verir ki, Myanmanın mərkəzi və şimal-qərbindəki xəstəxanalar zəlzələ nəticəsində xəsarət alan insanların axını ilə mübarizə aparır.
Mövsüm
Aznews.az

