Icma.az
close
up
RU
Qırmızı xətlərin o üzündə: Trampın İranla danışıqlara açıq qapısı

Qırmızı xətlərin o üzündə: Trampın İranla danışıqlara açıq qapısı

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın İranla birbaşa danışıqlarda iştirak etməyə hazır olduğunu bildirməsi beynəlxalq münasibətlər müstəvisində maraq doğurub.

Bakıvaxtı.az-ın məlumatına görə,Tramp bu bəyanatı ilə Vaşinqtonun hazırkı siyasətində çevik diplomatik imkanlara açıq qaldığını göstərir. Uzun müddət arxa kanallar vasitəsilə aparılan təmaslardan sonra prezident səviyyəsində belə bir siqnalın verilməsi yeni mərhələnin başlaya biləcəyi ehtimalını artırır.

Politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a müsahibəsində bu açıqlamanın mümkün nəticələrini dəyərləndirib.

– Trampın belə bir açıqlama ilə çıxış etməsi sizcə hansı məqsədlərə hesablanıb və nə qədər gerçəkləşə biləcək bir addımdır?
– Tramp üçün bu bəyanat həm daxili auditoriyada lider imicini möhkəmləndirmək, həm də xarici siyasətdə təşəbbüsü öz əlinə almaq vasitəsidir. İran məsələsi ABŞ-da həssas siyasi mövzudur və Tramp bu kartdan həm seçki öncəsi, həm də strateji oyunçu olaraq istifadə etməyə çalışır. Əgər zəruri şərtlər formalaşarsa – yəni İran tərəfi ilkin texniki razılaşmaları qəbul edərsə – Trampın danışıqlara qatılması mümkündür. Bu, həm də Vaşinqtonun sülhə hazır olduğunu göstərən siyasi jestdir.

– İran tərəfindən bu təklifi qəbul etmək real görünürmü? Onların əsas mövqeyi nə ola bilər?
– İran siyasi sistemi mürəkkəb və çoxmərtəbəlidir. Prezident Pezeşkian daha kompromisə meylli şəxs kimi görünür, lakin əsas qərarlar hələ də dini liderin və İslam İnqilabı Keşikçiləri Korpusunun əlində cəmlənib. İran hazırda ağır sanksiyalar və iqtisadi çətinliklərlə üz-üzədir. Bu səbəbdən Vaşinqtonla danışıqları tam inkar etməsə də, prosesin formatına və şərtlərinə çox həssas yanaşacaq. İran üçün danışıqlarda əsas məsələ nüvə proqramına tam qadağa deyil, qarşılıqlı etimada əsaslanan güzəştlər mexanizmidir.

– Əgər bu təmaslar baş tutarsa, ABŞ-İran münasibətləri və region üçün hansı dəyişikliklər baş verə bilər?
– Danışıqlar masası ətrafında birbaşa təmasların baş verməsi tərəflər arasında gərginliyin idarəolunan səviyyəyə enməsinə səbəb ola bilər. Bu, təkcə iki ölkənin münasibətləri üçün deyil, bütövlükdə Yaxın Şərq üçün mühüm dəyişikliklərə gətirib çıxara bilər. Neft bazarında sabitlik yarana, dəniz nəqliyyatı təhlükəsizliyinə olan risklər azala, həmçinin proksi toqquşmaların intensivliyi zəifləyə bilər. ABŞ üçün isə bu, İranın nüvə imkanlarını daha effektiv nəzarətə almaq və müttəfiqlərlə koordinasiyanı gücləndirmək imkanı deməkdir.

– Bu prosesin daha geniş – qlobal təsirlərini necə qiymətləndirirsiniz?
– Əgər ABŞ-İran dialoqu gerçəkləşsə və müsbət nəticələr versə, bu, beynəlxalq diplomatiyada yeni dinamikanın başlanğıcı ola bilər. Vaşinqton bölgədəki mövqeyini yenidən gücləndirə, Avropa İttifaqı isə sanksiyalar və iqtisadi əməkdaşlıq sahəsində yeni addımlar ata bilər. Eyni zamanda, bu proses Rusiya və Çinin bölgədəki təsir imkanlarına balans gətirə bilər. İran da bu yolla beynəlxalq təcriddən qismən çıxa, iqtisadi nəfəs ala bilər. Əsas məsələ isə tərəflərin bu prosesi siyasi ritorikadan real saziş mərhələsinə keçirmək iradəsidir.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 İyul 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri