“Qış çempionluğu” əldən gedir, Qurban bəy! əhədi kəsilmiş atları güllələyirlər, deyilmi?
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sabah” bu gün 1-ci turdan təxirə salınan oyunda “Qarabağ”ı məğlub etməklə zirvəni ələ keçirdi. Bəli, Çempionlar Liqasında, yəni Avropada ilk 24 komanda sırasına düşməyə iddialı Ağdam təmsilçisi artıq ölkəsində lider deyil. 16-cı turda qeyri-adi nəsə baş verməsə, yəni “Sabah” “Sumqayıt”la səfər oyununda xal itirməsə, “qış çempionu” olacaq. Düşündürücü məqamdı.
Kim nə deyir-desin, “Qarabağ” bu gün hədsiz yorğun göründü. Təkcə fiziki yox, həm də mənəvi-psixoloji cəhətdən. Ağdamlılar hətta hesabda öndə olanda da qələbəyə inanmırdılar. Nəinki futbolçular, hətta azarkeşlər və bəlkə Qurban Qurbanov da. Odu ki, mən bu komandaya qoyulan “köhlən atlar” ləqəbinin birinci hissəsini dəyişmək istəyirəm: köhlən yox, əhədi kəsilmiş atlar. Sonra da 60-cı illərin məşhur Amerika filmi yada düşür: “Əhədi kəsilmiş atları güllələyirlər, deyilmi?” Görəsən, Qurban Qurbanov kəsməl prosesinə kimdən başlayacaq?!
Mən bu gün də “Qarabağ”ın oyunçularının gözündə qələbə ehtirası, həvəsi, çılğınlığı görmədim. Komanda “Ayaks”la oyunun son 15 dəqiqəsindəki obrazını xatırlatdı: gücsüz, taleyi ilə barışmış, məğlubiyyətə məhkum “köhlən atlar”, yox-yox, “əhədi kəsilmiş atlar”.
Sanki “Qarabağ” camiəsi hələ də “Ayaks”dan alınan acı məğlubiyyətin təsir dairəsindən çıxa bilməyib. Sanki hər kəs və hamı 2025-in tezliklə bitməsini istəyir ki, nəfəs dərsin, mübarizəni davam etdirmək üçün özündə güc tapsın. Düzdü, deyə bilərsiz ki, çempion həmin oyundan sonra “Araz-Naxçıvan”ı darmadağın edə bildi. Amma mən həmin oyunun nəticəsini ağdamlıların gücündən daha çox naxçıvanlıların gücsüzlüyü ilə bağlayardım.
Beləliklə, “Ayntraxt”la taleyüklü oyuna bir ay qalmış “Qarabağ”ın durumu məni açmadı, əksinə, bir daha xəyal qırıqlığı yaşatdı. Komanda doyub, yorulub, əziyyət çəkir, Kadinin yoxluğunda kreativlik, yeni ideyalar çatışmır, monotonluq və yeknəsəqlik var. Qurban bəy qışda nələrsə etməlidi. Yoxsa... Yoxsa indi “qış çempionluğu” əldən gedirsə, mayda da titul əldən gedəcək. Kimin qapısına? Bu suala yenicə cavab verildi.
HUŞƏNG
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 18 Dekabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















