Icma.az
close
up
RU
Qurban Qurbanov: Bu il qış çempionluğu əvvəlki mövsümlərə baxanda çətin oldu

Qurban Qurbanov: Bu il qış çempionluğu əvvəlki mövsümlərə baxanda çətin oldu

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Son saniyələrdə qələbə qolunu vurduq. Məğlub ola da bilərdik. Rəqib çox ağıllı müdafiə olundu, təhlükəli əks-hücumlara çıxırdı. Hətta qol da vurdular. Çox vacib 3 xal qazandıq. Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb". Sport24.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasında III turdan təxirə salınmış "Şamaxı" - "Qarabağ" oyunundan sonra keçirilmiş mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov deyib. Ardınca qonaqların çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.

- Leroy Mikels kimi futbolçunu komandanızda görmək istəyərsiz?

- Belə oyunçular var. Leroy çox yaxşı futbolçudur. Bəzi futbolçularda olmayan keyfiyyətləri var. Amma hər oyunçunun istənilən komandada oyununun alınması da sual atlındadır. Mikels ən ehtiyatlandığımız futbolçulardan biridir.

- Qış çempionu olduz. Bu mövsümü əvvəlkilərlə necə müqayisə edərdiz?

- Müqayisə etmək çətin olar. Hər oyunumuz gərgin alınıb. Həmişə ilin sonuna yaxın futbolçuların zədələnməsindən ehtiyatlanmışam. Amma təəssüflər olsun ki, bir neçə futbolçumuz zədələndi. Buna baxmayaraq, liderliyi qoruyub-saxlaya bildik. Bu il qış çempionluğu əvvəlki mövsümlərə baxanda çətin oldu.

- Juninyonun oynamaması transfer söz-söhbərləti ilə bağlıdır?

- Özü dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm. Ona səmimiliyinə görə təşəkkür etdim.

- Baş məşqçi olaraq sizin fikriniz necədir?

- Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma "Sevilya" kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur. Klubla danışıqlar gedir. Burada klubun da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq. "Böyük beşlik" ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıza diqqət çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq.

- Futbolçu özü nə deyir?

- Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klublar anlaşsa, sevə-sevə gedərəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sport24.az
archiveBu xəbər 19 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri