Icma.az
close
up
RU
“Qış fasiləsində heyətə bir neçə futbolçu əlavə edə bilsəydik...” sonrakı peşmançılıq fayda verməz!

“Qış fasiləsində heyətə bir neçə futbolçu əlavə edə bilsəydik...” sonrakı peşmançılıq fayda verməz!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə ölkə çempionatının 26-cı turunda “Zaqatala” səfərdə “Qəbələ” önündə darmadağın olub – 0:4.

Bu oyun elitaya yüksəlmək şansını əvvəlki turlarda itirmiş Zaqatala təmsilçisinin mövqeyinə təsir etməsə də, hər halda, acı məğlubiyyətdi. “Zaqatala” hazırda 34 xalla 4-cü pillədə qərarlaşıb. Bu isə komandanı elitaya vəsiqə verən ilk 3 pillədən kənarda saxlayır.
“Qəbələ” ilə oyundakı acı məğlubiyyətlətin səbəbini “Zaqatala”nın müdafiəçisi Mətin Qəhrəmanidən soruşduq:

“Bu il “Zaqatala” maliyyə problemləri ilə üzləşdi. Bildiyiniz kimi, mövsümün ikinci yarısını, demək olar ki, cəmi 12-13 oyunçu ilə keçirdik. Qış fasiləsində heyətə bir neçə futbolçu əlavə edə bilsəydik, əminəm ki, “Zaqatala” premyer-liqaya yüksələn üç komandadan biri olardı. “Qəbələ” ilə oyuna gəlincə, deməliyəm ki, futbol elə budu – bir gün hər şey yaxşı alınır, 3 qol vurursan, bir gün isə istədiyin kimi olmur və 4 qol buraxırsan. “Qəbələ” ilə oyunda bizim günümüz deyildi, istədiyimiz kimi keçmədi. Özümə gəlincə, şükür Allaha, bu mövsüm 26 oyunun hamısında 90 dəqiqə meydanda oldum. İnşallah, son turda - “Cəbrayıl”la matçda da 90 dəqiqə oynayıb mövsümü tamamlayacağam. Hazırda həm Azərbaycan komandalarından, həm də ölkə xaricindən bir neçə transfer təklifi almışam, amma hələ heç bir klubla danışığa başlamamışam. Son qərarımı mövsümün sonunda verəcəyəm. Şəxsən mən Azərbaycanı çox sevirəm və məni qane edən bir təklif olsa, gələn mövsüm də bu gözəl ölkədə qalmaq istəyirəm. Görək, qismət nə olar, inşallah”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri