Qısa ətəyə görə anasını hoteldə öldürdü Avtovağzaldakı qətlin ŞOK DETALLARI
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Anasını hoteldə öldürən yeniyetmənin məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi anasını qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı A.Q-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən A.Q ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilib.
Təqsirləndirilən A.Q ifadə verməkdən imtina edib. O, istintaqda verdiyi ifadəni təsdiq edib.
Məhkəmə A.Q-nın ilkin istintaqda verdiyi ifadəni səsləndirib.
A.Q istintaqa verdiyi ifadəsində törətdiyi əməldən peşiman olmadığını deyib:
"Mən namusumu təmizləmişəm, peşiman deyiləm".
Növbəti proses gələn il, yanvarın 21-nə təyin edilib.
Xatırladaq ki, həyat yoldaşından ayrılan 1989-cu il təvəllüdlü Ə. Q. yeniyetmə oğlu A.Q ilə 2025-ci ilin avqustunda Türkiyədən Bakıya gəlib. Onlar bir günlük 'Bakı Beynəlxalq Avtovağzal Kompleksi'nin daxilində yerləşən hoteldə gecələməli olublar.
A.Q anasına Türkiyədə geyindiyi qısa ətək və şortlarını Bakıda geyinməsinə icazə verməyib. Bu zaman onlar arasında mübahisə düşüb. Mübahisə zəminində A.Q oteldə anasını qətlə yetirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 24 Dekabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















