Icma.az
close
up
RU
Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Havalar soyuyanda, qış fəsli yaxınlaşanda orqanizmin müqavimət qüvvəsi zəifləyir.

Ona görə də havalar soyuyana qədər vitaminlərlə zəngin olan qidalar qəbul etmək, orqanizmin müqavimətini gücləndirmək və immuniteti artırmaq lazımdır.

Azertag.az bildirir ki, Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov bu barədə deyib: "Qida rasionuna daxil olan bir sıra məhsullar müntəzəm qəbul ediləndə immuniteti gücləndirmək xüsusiyyətinə malikdir. Hər gün süd, kefir, yoqurt, təbii kəsmik və digər ağartı məhsulları qəbul etmək, onların az və ya orta dərəcədə yağlılığı olanları seçmək daha arzuolunandır. Kərə yağından tamamilə imtina etmək olmaz - məsələn, hər səhər kərə yağı ilə olan buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı üsul sayılır. Son araşdırmalar nəticəsində müəyyən edilib ki, gün ərzində 150 qram kefir və ya bifidobakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Həmin məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun səviyyəsi daha da artır.

Lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyator, yəni immuniteti stimullaşdıran və möhkəmləndirən maddələrlə zəngin tərəvəzdir. Həm qabıqlı, həm də təmizlənmiş lobyanın tərkibində orqanizmdə interferonun yaranmasına kömək edən çoxlu maddələr var.

Brokkoli, gül kələm, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər betakarotin maddəsi ilə zəngindir. Betakarotin selikli qişaları, xüsusən də ağciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.

Qida rasionuna bildirçin yumurtalarının daxil edilməsi immunitet üçün xeyirli hesab olunur. Tərkibindəki A, B qrupu vitaminləri və mikroelementlərin miqdarına görə bildirçin yumurtası toyuq yumurtasını bir neçə dəfə üstələyir, orqanizmdən radionukleidlərin xaric olunmasına kömək edir.

Sarımsaq, soğan, qıtıqotu kökünü tərkibi xeyli miqdarda fitonsidlərlə zəngindir. Fitonsid maddələr immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur.

İmmunitetin gücləndirilməsində dəniz məhsulları - balıq, krevet və s. böyük rol oynayır. Qızıl balıq, ton və digər balıqlarda orqanizm üçün faydalı hesab edilən maddələr - Omeqa-3 yağ turşuları və s. var. Dəniz yosunları qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və immuniteti yaxşılaşdırır. Onları tərəvəz və göyərtilərdən hazırlanmış təzə salatlara da əlavə etmək olar.

Badam immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir. Qəbul edilən qidaların tərkibində yarmaların- qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s. olması, zərərli kimyəvi, radioaktiv maddələr və şlakların orqanzimdən xaric olmasına, immunitetin möhkəmlənməsinə kömək edir.

Emal olunmamış taxıl və dənli bitkilərin tərkibindəki qida maddələrinin miqdarı emal olunanlarla müqayisədə qat-qat artıq olur. Bal, arı südü, arı tozu və propolis təbii immunostimulyatorlar sayılır və onlardan müntəzəm istifadə edilməsi yaxşı nəticə verir.

Limon, portağal, naringi, kivi, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələmin tərkibində olan çoxlu miqdarda askorbin turşusu orqanizmi infeksiya, soyuqdəymə və digər zərərli faktorların təsirindən qoruyur. İtburnu və cökə çayı orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri