Icma.az
close
up
RU
Qışda kökəlməmək üçün bunları edin TÖVSİYƏ

Qışda kökəlməmək üçün bunları edin TÖVSİYƏ

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Soyuq qış günlərində vaxtınızın çoxunu evdə keçirir və yemək yeməyə daha həvəsli olursunuz.

Bu günlərdə iştahanız artdığı üçün artıq çəkilər qazanırsınız. Ancaq qışda kökəlməmək üçün bəzi tövsiyələrə əməl etməniz yetərlidir.

Səhər yeməyini yaddan çıxarmayın

Milli.az bildirir ki, səhər yeməyini yeməyənlərin yeyənlərdən fərqli olaraq gündəlik qəbul etdiyi kalori miqdarı daha çoxdur. Gün boyunca enerjili, xoşbəxt və tox hissetmənin ən əsas təməli isə səhər yeməyidir.

Maye qəbul etməyi unutmayın

Su və bitki çayları kimi mayelər qəbul edildiyində sadəcə maddələr mübadiləsi sürətlənmir. Araşdırmalar onu ortaya çıxarıb ki, az maye qəbul edənlər daha çox aclıq hissi çəkirlər. Bəzi insanlar isə beyindən gələn aclıq və susuzluq siqnallarını isə qarışdırır. Buna görə ac olduğunuzu düşündüyünüzdə əvvəlcə su için.

Hər yeməkdə protein qəbul edin

Proteinli qidalar həzmi boyunca maddələr mübadiləsini sürətləndirir, həm də daha uzun müddət tox saxlayır. Hər əsas yeməkdə süd məhsulları, ət, toyuq, balıq kimi heyvan mənşəli qidalar yeyin.

Şorba için

Yeməkdə şorba içənlərin uzun müddət tox qaldıqları və yeməyənlərdən fərqli olaraq təxminən 100 kalori az yeməyə meylli olduqları deyilir. Az yağlı və bol tərəvəzli şorba əlavə edin.

Omega 3-lə zəngin qidalanın

Omega 3 yağ turşuları depressiyaya faydalıdır və daha xoşbəxt hiss etmənizə yardımçı olur. Beləcə, daha çox xoşbəxt olmaq üçün artıq karbohidrata ehtiyac duyuruq. Bu yağların ən keyfiyyətli qaynağı balıqdır. Quru çərəzlər,  kətan toxumu, Chia toxumu, semizotu kimi qidalarda bitki mənşəli Omega 3 var.

Təbii iştaha kəsicilərdən yararlanın:

Avokado: Avokado sağlam yağ tərkibi ilə toxluq hissini uzadır. Salatlara əlavə etməklə yanaşı krakerlərlə də yeyə bilərsiniz. Kalorisi yüksək olduğu üçün yarım avokadodan çox yeməyin.

Yumurta: Yüksək protein tərkibli ilə həzm sistemi uzun olan yumurta uzun müddət tox tutur.

Şirin kartof: Şirin kartofun tərkibində olan nişasta növü uzun müddət toxluq hissi verir. Həmçinin A və C vitamin qaynağıdır.

Toz, ya da pul qırmızı bibər: Yarım çay qaşığı pul bibər o anda maddələr mübadiləsini 10 kalori qədər sürətləndirməklə yanaşı, sonrakı yemək saatlarında 60 kalori daha az qəbul etmənizi təmin edir.

Badam: Uzun müddət tox saxlayır.

Hərəkət etməyin yollarını tapın

Fiziki aktivliyin artırılması da şərtdir. Əgər bayıra çox çıxmırsınızsa, evdə də kalori yandıra bilərsiniz. 15 dəqiqə ev təmizləyərək 80, 15 dəqiqə qab yuyaraq 30 kalori yandırmaq mümkündür. Həm də evdə 1 saat yoqa etmək 240 kalori yandırır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri