Icma.az
close
up
RU
Qışda maşınlar niyə yanır? Mütəxəssis AÇIQLADI

Qışda maşınlar niyə yanır? Mütəxəssis AÇIQLADI

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verib.

Bəlkə də əksəriyyətimiz bu xəbəri oxuyanda “Qarlı-şaxtalı gündə də maşın yanar” deyə öz-özümüzə sual vermişik. Bəs avtomobillər niyə yanır?

News24.az xəbər verir ki, mövzu ilə bağlı avtomobil ustası Əziz Abbasov Bakıvaxtı.az-a bildirib ki, avtomobillərdə yanğın hadisələrinin əsas səbəblərindən biri elektrik sistemində yaranan nasazlıqlardır. Xüsusilə, istehsalçı tərəfindən nəzərdə tutulmayan, sonradan quraşdırılan avadanlıqlar - LED işıqlar, ambians işıqlandırma, maqnitofonlar, səs gücləndiricilər və digər cihazlar düzgün montaj olunmadıqda, naqillərdə həddindən artıq yüklənmə yarada bilər. Bu da zamanla qızmaya və qısaqapanmaya səbəb olur.

“Qarlı və yağışlı havada avtomobilin elektrik sistemində mövcud olan açıq naqillər nəmlənmə nəticəsində qısaqapanma yaradaraq yanğına səbəb ola bilər. Eyni zamanda, mühərrik hissəsində yığılan duzlu su qarışığı elektrik detallara zərər verə və izolyasiya qatını aşındıra bilər. Buna görə də avtomobil sahibləri mütəmadi olaraq elektrik sistemini yoxlatmalı və əlavə avadanlıqları yalnız peşəkar ustalara quraşdırmalıdırlar”,- deyə usta vurğulayıb.

Əziz Abbasov, avtomobil ustası

Onun sözlərinə görə, avtomobillərdə baş verən yanğınların qarşısını almaq üçün standartlara uyğun qoruyucular və keyfiyyətli naqillərdən istifadə edilməlidir. Həmçinin, elektrik sistemində hər hansı müdaxilə edildikdə, işin peşəkarlar tərəfindən görülməsi vacibdir.

"Avtomobilinizin təhlükəsizliyi üçün elektrik sisteminə daim nəzarət edin və nasazlıqları vaxtında aradan qaldırın",- deyə Əziz Abbasov qeyd edib. /avtosfer.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:297
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Fevral 2025 04:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri