Icma.az
close
up
RU
Qışda xəstələnməmək üçün bunları edin Məşhur professordan vacib xəbərdarlıq

Qışda xəstələnməmək üçün bunları edin Məşhur professordan vacib xəbərdarlıq

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli professor və kardioloq Canan Karatayın sözlərinə görə, qış xəstəliklərindən qorunmaq üçün sadəcə qidalanmaya deyil, həyat tərzinə də diqqət etməliyik.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, o, qış aylarında kələm, gül kələm, turp, çiy yerkökü, soğan və sarımsağa daha çox üstünlük verməyi tövsiyə edib. Qış aylarında hər gün 20-30 dəqiqə yürüşə çıxmağı məsləhət görən Karatay bədənin xəstəliyə qarşı müqavimətini artırmağın yollarını izah edib:

"Qışda mən kələm, gül kələm, turp, xiyar, soğan və sarımsaq yeyirəm, bunlar prebiotiklərdir. Prebiotiklər bağırsaq mikroflorasını normasına salan faydalı mikroorqanizmlərdir. Prebiotiklər bağırsaqlardakı faydalı bakteriyaları qidalandırmaqla onları çoxaldır. Probiotik bakteriyalar isə canlı bakteriyanı ehtiva edən qidalardır, onlar bədənə daxil olmalıdırlar”.

İçdiyiniz suya 1 çay qaşığı dəniz duzu əlavə edin

Xaş ilə qarın şorbası içməyi tövsiyə edən professor sözlərinə belə davam edib:

"Qış xəstəliklərindən qorunmaq sadəcə qidalanmadan asılı deyil, həyat tərzinə diqqət etmək də əhəmiyyət kəsb edir. Odur ki, hər gün 20-30 dəqiqə piyada gəzin. Əllərinizi çox yaxşı yuyun, xaş və qarın şorbası yeyin. Kənd yumurtasından yeyib qaynadılmış sümük suyu için. Bir stəkan suya bir çay qaşığı dəniz duzu əlavə edib qarışdırın. Qələvi halına gətirilmiş su daha faydalıdır. Eyni zamanda qış boyunca dəniz duzu ilə qarışdırılmış suyu səhər, axşam burnunuza töküb qarqara edin”.

Həkim bildirib ki, B12 vitamini çatışmazlığını aradan qaldırmaq üçün içalat yemək lazımdır:

"Bəzi vitaminlərin çatışmazlığı varsa, həkim müayinəsindən keçmək lazımdır. Orqanizmin sağlam olmasında əsasən D, B12 və və digər B vitaminləri böyük rol oynayır. B12 vitamini çatışmazlığı varsa, içalat, sümük suyu və kəllə-paça yeyin. Bunlar orqanizmin müqavimətini gücləndirir".

Bədəndə 8 trilyon mikrob var

Xəstəliklərin bədən müqaviməti düşəndə ortaya çıxdığını deyən Karatay orqanizmdə 80 trilyon mikrob olduğunu qeyd edib:

“Bu mikroblarla birlikdə yaşayırıq, amma bədənin müqaviməti qırıldığı zaman mikroblar alovlanır, bütün xəstəliklər də buradan başlayır.

12 il Amerikada qaldıq, heç vaxt hamburger yemədim, yemərəm də. Ənənəvi köhnə üsulla qidalanırıq. Amerikada özüm evdə qatıq mayalayırdım. Xəstələnməmək üçün təbii probiotik ehtiva edən ev qatığı və ev sirkəsi istifadə edin. Hamburgerin içi trans yağlarla doludur. Ürək xəstəlikləri, iflic, xroniki degenerativ xəstəliklərin, xüsusilə qaraciyər yağlanması, üzdəki sızanaqlarının səbəbi trans yağlardır”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri