Icma.az
close
up
RU
Qışdan sonra çiyələkləri qidalandırmağın ən yaxşı yolu: Təcrübəli bağbanların MƏSLƏHƏTİ

Qışdan sonra çiyələkləri qidalandırmağın ən yaxşı yolu: Təcrübəli bağbanların MƏSLƏHƏTİ

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Soyuq qışdan sonra çiyələk köklərinin bərpası və qidalanması vacibdir ki, yaşıl kütlə böyüsün və məhsuldar çiçək tumurcuqları əmələ gəlsin. Erkən yazda düzgün gübrələmə dadlı və bol məhsul əldə etməyə kömək edəcək.

Lent.az bu barədə ən maraqlı məlumatları təqdim edir:

Yazda çiyələk üçün hansı gübrələrdən istifadə etmək lazımdır?

Çiyələk kollarının yazda azot, fosfor və kalium ilə qidalanması vacibdir. Hər biri bitkinin inkişafı üçün müəyyən rol oynayır:

Azot – yaşıl kütlənin inkişafına kömək edir.

Fosfor – kök sisteminin güclənməsini və çiçəklənməni dəstəkləyir.

Kalium – sağlam meyvələrin əmələ gəlməsini təmin edir.

Çiyələk üçün ən yaxşı gübrələr:

Mocavina (karbamid) – Azot mənbəyidir, yarpaqların böyüməsini sürətləndirir.

İstifadə qaydası: 10 litr suya 15 qram karbamid əlavə edin və kolları suvarın.

Superfosfat – Kök sistemini inkişaf etdirir və çiçəklənməni stimullaşdırır.

İstifadə qaydası: 1 kvadrat metr üçün 20 qram quru gübrə səpin.

Kalium sulfat – Meyvələrin daha sağlam formalaşmasına kömək edir.

İstifadə qaydası: 10 litr suya 15 qram kalium sulfat əlavə edib suvarın.

Təbii gübrələr (pergümək və ya kompost) – Torpağı qidalandırır və məhsuldarlığını artırır.

İstifadə qaydası: Çiyələk kollarının arasına 2-3 sm qalınlıqda yayılmalıdır.

Kövşək (fermentləşdirilmiş peyin məhlulu) – Orqanik gübrə kimi istifadə edilir.

İstifadə qaydası: 1 hissə peyini 10 hissə su ilə qarışdırıb kolların dibinə tökün.

Boron turşusu məhlulu – Çiçəklənmədən əvvəl tətbiq olunur.

İstifadə qaydası:

10 litr su

1 çay qaşığı bor turşusu

30 damcı yod

1 stəkan kül

Bütün inqrediyentləri qarışdırın və kolların dibinə tökün.

Çiyələk məhsulunu bir neçə dəfə artırmaq üçün məsləhətlər

Ziyanvericilərdən qoruyun:

Çiyələk uzunburun böcəyi çiçəklərə və meyvələrə ciddi ziyan vura bilər.

Bunun qarşısını almaq üçün:

Hazırlanma qaydası:

100 qram xardal tozu

100 qram təsərrüfat sabunu

5 litr su

Bu qarışığı qaynadın, süzün və soyuduqdan sonra çiyələk kollarına çiləyin.

Orqanik gübrələrdən istifadə edin:

Kompost

Pergümək

Taxta külü

Qeyd: Azotlu gübrələr yalnız yazda, fosforlu və kaliumlu gübrələr isə həm yazda, həm də yayda istifadə edilməlidir.

Mütəmadi suvarın:

İsti havalarda çiyələk müntəzəm suvarılmalıdır, çünki su çatışmazlığı meyvələrin kiçik və turş olmasına səbəb ola bilər. Bu tövsiyələrə əməl etsəniz, bol və dadlı çiyələk məhsulu əldə edə bilərsiniz!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Mart 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri