Icma.az
close
up
RU
Qışlaqda bir gün: çobanların həyatından REPORTAJ

Qışlaqda bir gün: çobanların həyatından REPORTAJ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qax, 3 aprel, AZƏRTAC

Maldarlıq tarixən insanların əsas məşğuliyyət və gəlir mənbəyi olub. Lakin son illərdə bu sahəyə maraq azalmaqdadır. Çətin və zəhmətli bir iş olduğu üçün gənclər daha çox digər sahələrə üz tutur. Amma çobanlığı peşə olaraq sevən, onu ailəsinin halal ruzisi sayanlar da az deyil.

AZƏRTAC-ın bölgə müxbiri belə bir insanın rəhbərlik etdiyi fermer təsərrüfatının qışlaqda keçirdiyi bir günü müşahidə edib, çobanlarla söhbətləşərək qayğı və təkliflərini qələmə alıb.

Erkən saatlarda yola çıxıb Ağyazı düzünü keçəndən sonra bomboz dərəli-təpəli əraziyə çatırıq. Yol yoldaşımız Molla Mollayev bizi maşını ilə yastı dağlardan birinin təpəsinə qaldırır. Buradan həm Acınohur düzənliyi, həm də Böyük Qafqazın cənub yamaclarının asanca seyr etmək mümkündür. Öyrənirik ki, qarşımızda açılan ucsuz-bucaqsız düzənlik, dərə-təpə, yastı dağlar Qax, Zaqatala və Şəki rayonlarının qışlaq sahələridir. Bu ərazilər Acınohur düzənliyi adlanır. Burada onlarla fermer təsərrüfatları yerləşir.

Bir qədər nəfəs dərəndən sonra yolumuza davam edirik. Nə az, nə çox hələ 50 km-ə yaxın dərəli-təpəli yol getməliyik.

Nəhayət, 3 saatlıq yolçuluqdan sonra gəlib qışlağa yetişirik. 65 illik ömrünün 45 ilini çobanlığa həsr edən Molla Mollayev fəhlə ailəsində dünyaya göz açdığını, əsasən də çoban kimi çalışdığını deyir. O, bu işi, peşəsini qəlbən sevir və onunla qürur duyur. Molla Mollayevlə qürur duyulası digər məqam isə onun şəhid atası olmasıdır. Öyrənirik ki, Silahlı Qüvvələrin zabiti, baş leytenant Abdulla Molla oğlu Mollayev 2015-ci ilin dekabrında düşmən təxribatı zamanı şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Söhbətimizin əvvəlində Molla kişi bütün şəhidlərin xatirəsini sayğı ilə andıqdan sonra bizi təsərrüfatı ilə tanış edir. Məlum olur ki, qoyun-quzu səhərin alatoranlığından sahələrdədir. Qarşıdakı təpədən qoyun sürülərinin hərəkətini bir qədər seyr edəndən sonra Molla kişi bu işin özəlliyindən bəhs edir: “Qoyunçuluq elə də çətin peşə deyil, sadəcə, bu işə həvəslə yanaşmaq lazımdır. Qoyunçuluğa ticarət məqsədilə baxmaq lazım deyil. Ticarət başqa bir işdir, qoyunçuluq tamam başqa bir sahədir. Qoyunçuluğun həddindən artıq çətinlikləri çoxdur. Bu sahə ilə məşğul olan insan bilməlidir ki, özünün yem bazası olmalıdır. Yem tədarük etməlidir ki, qoyunu saxlaya bilsin”. Molla kişidən onu da öyrənirik ki, təsərrüfatı quranda 60 baş qoyunu olub, bu gün isə qoyun-quzusu min başa çatır. Bu isə illərin gərgin zəhməti və əziyyəti hesabına başa gəlib.

Söhbət edə-edə sürülərdən birinə yaxınlaşırıq. Qoyun-quzu səsi burada fərqli bir ahəng yaradır. Körpə quzuların səsi ətrafı bürüyüb. Sürünü çobanlarla yanaşı, onların ən etibarlı mühafizəçisi itlərin də qoruması diqqətimizdən yayınmır. Molla Mollayevin çoban dostu Elnur qoyun-quzunu fit səsi ilə bir araya toplayır. Deyir, qoyun-quzunun birlikdə getməsi daha təhlükəsizdir. Sürülərin içərisində gəzən itlərlə yanaşı, həm də kənardakı itlərin Elnurun fiti ilə hərəkətə keçməsi və qoyunların bir araya gəlməsi gözümüzdən yayınmır. Elnur bildirir ki, bu illər ərzində itlərinin sayəsində sürülərə vəhşi heyvanlar hücum çəkə bilməyib. Onlar da insan kimi öz işlərini tənzimləyir. Biri istirahət edəndə o biri kənardan sürüyə nəzarət edir.

Baş çoban Molla Mollayevin təklifi ilə daha bir sürüyə baş çəkmək üçün başqa bir istiqamətdə yol alırıq. Avtomobillə xeyli getdikdən sonra sürüyə yan almaq istəyirik. Molla kişi qarşımıza sürətlə gələn iti göstərərək deyir: “Baxın “Ağca” gəlir. O boyda sürünü bu itimiz qoruyur”. Bizim maşından endiyimizi görüncə isə “Ağça” sürünün yanından bir an belə ayrılmır.

Burada sürünü tək idarə edən çoban Asəf Asəfova bunun çətin olub-olmadığını soruşuruq.

Qısa cavab verir: “Çobanlıqda deyirlər ki, “Qurddan qorxan qoyun saxlamaz”.

Molla kişi bizi əkizlərin bəsləndiyi sürü ilə də tanış edir. Deyir ki, kim işini sevib ürəkdən işləyərsə, çətinlik də arxada qalacaq, çəkdiyi əziyyətin bəhrəsini görəcək. Bu peşəni qoyunçuluğu sevən, maldarlığa qəlbən can yandıran insanlarla daha da inkişaf etdirmək olar.

Çobanların qışlaqdakı bir günü ilə tanış olub sağollaşmaq istəyirdik ki, Molla Mollayev uzun illərin təcrübəsinə əsaslanıb bir fikrini də qeyd etməyimizi vacib bilir. Deyir ki, gənclər bəzən iş tapmaqda çətinlik çəkirlər. Əslində, hər kəs 10-15 qoyunla öz biznesini başlaya və genişləndirə bilər.

Beləcə, sağollaşıb qışlaqdan ayrılırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see395

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see244

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see242

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see225

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see225

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see224

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see224

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see222

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see221

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see220

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see220

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see214

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see212

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see203

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see201

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see200

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see199

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see198

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see193

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri