Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Qışlıq şəkər çuğundurunun sınaq əkini uğurlu alınıb sahələrdən bol məhsul yığılır FOTO

Qışlıq şəkər çuğundurunun sınaq əkini uğurlu alınıb sahələrdən bol məhsul yığılır FOTO

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmişli, 15 iyul, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə yazlıq şəkər çuğundurundan əlavə, qışlıq şəkər çuğunduru da becərilir. Bu sahədə aparılan sınaqlar özünü doğruldub və iki ildir ki, kütləvi şəkildə becərmə işləri görülür, sahələrdən bol məhsul toplanılır.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, qışlıq şəkər çuğundurunun becərilməsi üçün əvvəlcə sınaq əkini aparılıb. Almaniya, Belçika, Danimarka və Fransadan gətirilən 13 sort sınaqdan keçirilib və 6 sort əkin üçün məqsədəuyğun sayılıb. Həmin sortlar hesabına iki ildir ki, ölkə ərazisində qışlıq şəkər çuğunduru becərilir və yüksək məhsul əldə edilir.

İmişli Şəkər Zavodunda qəbulu həyata keçirilən məhsulun alış qiymətində də artım var. Belə ki, 16 faiz şəkərlilik dərəcəsi olan məhsulun hər tonu 87 manata qəbul edilir. Artan hər bir şəkərlilik dərəcəsinə görə fermerlər məhsulun tonuna əlavə 3 manat alırlar. Bundan başqa, əkin sahələrində ənənəvi suvarma aparan fermerlər məhsulun hər tonuna görə 19 manat, sahələrini müasir suvarma sistemləri ilə suvaran fermerlər isə 22 manat əlavə subsidiya almaq imkanı əldə edirlər.

“AŞİB Aqro” MMC-nin baş inspektoru Ərəstun Göyüşov bildirir ki, şəkər çuğunduru əkini xaricdən şəkər idxalına tələbatın azaldılmasında xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə şəkər çuğunduru sahələri hər il artırılır: “Ənənəvi olaraq respublikada adətən yazlıq şəkər çuğunduru əkilib. Artıq son illər qışlıq şəkər çuğundurunun əkininə də başlanılıb. Bu il 1200 hektar sahədə qışlıq şəkər çuğunduru becərilib. Yığım aparılan 880 hektar sahədən 31 min 500 ton məhsul tədarük olunub. Orta hesabla hər hektara 37 tondan çox məhsul götürülür və məhsulun şəkərlilik faizi 15-16 faizdir”.

Onun sözlərinə görə, qışlıq şəkər çuğunduru oktyabr ayında əkilir və əsas yetişmə dövrü qış aylarına təsadüf etdiyi üçün cəmi iki dəfə suvarmaqla bol məhsul əldə etmək olur. “Bu əkinin digər üstünlüyü isə qış mövsümündə zərərvericilərdən və xəstəliklərdən azad olmasıdır. Bütün bu amillər qışlıq əkin sahələrinin genişlənməsinə gətirib çıxarıb. Ötən ilin məhsulu üçün 600 hektar sahədə qışlıq şəkər çuğunduru becərildiyi halda, bu il sahələr iki dəfə artırılıb. Növbəti il üçün də sahələrin genişləndirilməsi nəzərdə tutulub”, - deyə o əlavə edib.

Şəkər çuğunduru əkən fermer Möhübbət Məmmədov isə deyir ki, qışlıq çuğundurun becərilməsində çəkilən xərclər də azalır. O, hər hektara 50-60 ton məhsul götürdüyünü bildirir: “Məhsulun bol olması ilə bərabər, həm də şəkərlilik faizi çoxdur. Qışlıq əkin növü fermerlər üçün çox əhəmiyyətlidir. Məhsulun vegetasiya dövrü qış aylarına düşdüyü üçün alaq otlarına qarşı mübarizəyə ehtiyac qalmır, eyni zamanda, suvarmaya tələbat azalır. Nəticədə isə çəkilən xərclər az olur”. O, iki ildir ki, 40 hektar sahədə qışlıq şəkər çuğunduru əkir və növbəti ildən sahələri genişləndirəcək.

Şəkər çuğunduru becərilən yazlıq sahələrdən də bol məhsul götürülməsi hədəflənib. Bu il 20 rayonda olmaqla, 5880 hektar sahədə yazlıq çuğundur əkilib. Hazırda sahələrdə becərmə işləri aparılır. Yazlıq sahələrdən məhsul yığımı sentyabr-oktyabr aylarında olacaq və ümumilikdə, 220 min ton məhsul götürülməsi proqnozlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri