Icma.az
close
up
RU
“Qismət olsa, Neftçinin adını daha yaxşı yerlərdə təmsil etmək istəyərəm” Murad Məmmədov

“Qismət olsa, Neftçinin adını daha yaxşı yerlərdə təmsil etmək istəyərəm” Murad Məmmədov

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Premyer-liqanın 14-cü turunda “Neftçi” “doğma divarlar” arasında “Zirə”ni məğlub etdi - 2:1. “Ağ-qaralar” mövsümdəki 2-ci qələbəsini qazandılar.
Son dönəmdə “Neftçi”nin heyətində fərqlənən Murad Məmmədovla söhbətləşdik. 18 yaşlı futbolçunun “Football-plus.az”a müsahibəsi:
- Cari mövsümdə ikinci qələbənizi qazandız. Bu oyunu necə şərh edərdin?
- Oyun əla idi. Hətta deyərdim bizim üstünlüyümüz şəraitində keçdi. Elə qələbəyə layiq biz idik. Hər oyun yaxşı oynayırıq. Sadəcə, epizodları dəyərləndirə bilmirik. Bu oyun yaxşı ki, epizodlari dəyərləndirərək qələbə qazandıq. Bu da bizim üçün motivasiyadı. İnşallah, növbəti oyunlara da qələbə üçün çıxacağıq. Mən də sevinirəm. Hər saniyənin mənim üçün böyük dəyəri var. Bacardığım qədər bu komandaya kömək etməyə çalışacam.
- Ötən oyun "Şamaxı”da qapısına qol vurmuşdun. Bu sənin üçün nə deməkdi?
- Bu özgüvən deməkdi. Qol vurmaq, assist eləmək insana daha da stimul verir. Çalışacam ki, hər dəfə bunu edim. Həm də bunu eləmək mənim borcumdu. Klub və azarkeşlər qarşısında bir məsuliyyətimdi. Elə də böyük dəyişiklik olduğunu deyə bilmərəm. Sadəcə, özgüvən gəldi.
- Artıq əvəzedicilərdən əsas komandaya keçmisən. Samir Abasovun sənə münasibəti necədi?
– Samir müəllim ilk növbədə böyüyümdü, hazırda onun başçılığı altındayam. Onun bütün qərarlarına çox hörmətlə yanaşıram. Münasibətimiz də çox yaxşıdı. Yəni ondan bir çox şeyləri görüb-gotürürəm. İnanıram ki, Samir müəllimin rəhbərliyi altında bu klub çox yaxşı yerlərə yüksələcək.
- Peşəkar karyeranda ilk addımlarını atırsan. Hədəfin nədi?
- Bu klub üçün əlimdən gələnin ən yaxşısınu etməyə çalışacam. "Neftçi"də oynamağın özü belə bir şərəfdi. Azərbaycanın flaqmanıdı. Mən bu komandada oynamaq üçün illərimi vermişəm, əziyyət çəkmişəm.
- Təbii ki, gənc futbolçu kimi təkliflərin olacaq. Xaricdən təklif gəlsə, nə cavab verərsən?
- Bu məsələləri daha çox menecerimlə danışır, məsləhətləşirəm. Qismət olsa, "Neftçi"nin adını daha yaxşı yerlərdə təmsil etmək istəyərəm. Bu klubun yetirməsi olaraq. Hazırda isə fikrim, arzum "Neftçi" ilə bağlıdı.
RÖYANƏ OĞUZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri