Icma.az
close
up
RU
Qısqanclıq o kəslərdə olur ki, heç nəylə məşğul deyillər

Qısqanclıq o kəslərdə olur ki, heç nəylə məşğul deyillər

Icma.az, 525.az saytına istinadən bildirir.

Müsahibimiz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Yuğ Teatrının aktyoru Vüqar Hacıyevdir. "Bankir adaxlı", "Volqalı canan", "Əlin cibində olsun", "Bəydullanın möhtəşəm toyu", "Bir günlük siğə", "Arşın mal alan", "O olmasın, bu olsun", "Unudulmaz Əfəndi", "Toy dəsgahı", "21:15 qatarı", "Vəs-vəsə", "Nəsimi", "Müəmmalı qətlin üç versiyası" kimi tamaşalarda rol alan aktyor "Küçələrə su səpmişəm", "Yalan", "Döngələr", "Vicdan haqqı", "Mən qayıdacağam...", "Köhnə çamadanlar" kimi film və seriallarda da çəkilib.

Aktyor Vüqar Hacıyev ilə söhbəti təqdim edirik.

- Vüqar bəy, siz iki teatrın aktyorusunuz. Teatr aktyorları kino aktyorlarına nisbətdə daha az populyar olurlar. Bu sizi narahat etmir ki?

- Niyə narahat eləsin ki? Əslində mən həm teatr aktyoruyam, həm də kino aktyoru. Düzdür, digər ölkələrdə teatr və kino universitetləri ayrı-ayrı olur. Kinonun prinsipləri, xassəsi başqadır, teatrda isə tamam başqadır. Teatrda olan bir şey kinoda yararlı olmaya bilir. Teatrın gözəlliyi ondadır ki, orada hər an yenilənə bilirsən, kinoda bir dəfə çəkilirsən və bitir. Amma təbii ki, elə bir qısqanclığım yoxdur və ola da bilməz. Gerçək olan bir peşəylə məşğulam və tam populyar olmasam da, filmlərə çəkilirəm. "Solğun çiçəklər", "Pərvanələrin rəqsi" kimi seriallara çəkildiyim də olub. İnşallah, bu yaxınlarda yeni bir layihəm də olacaq. Belə deyək də, qısqanclıq o kəslərdə olur ki, onlar heç nəylə məşğul deyillər. O zaman natamamlıq sindromu baş qaldırır. Düşünürəm ki, sənəti ilə dürüst məşğul olan insan çəkilməsə belə, o natamamlıq sindromundan əzab çəkməməlidir. Mən populyarlıq dalınca qaçmıram.

- Yuğ Teatrına gəlişinizdən danışaq.

- Yuğ Teatrına gəlişim 2014-cü ilə təsadüf edir. O vaxt Vidadi Həsənov Azərbaycan Dövlət Dram Teatrının nəzdində bir studiya açdı və xahiş elədi ki, mən də orda iştirak edim. Həmin studiyada azyaşlı uşaqlar, universitet tələbləri var idi, mən də onlara qoşuldum. Orada kiçik bir tamaşa hazırladıq. Daha sonra Vidadi müəllim Yuğ Teatrına məni təqdim etdi. Beləcə,  2014-cü ildən Yuğ Teatrındayam.

- Vaqif İbrahimoğludan dərs almamısınız? Yuğ Teatrı deyəndə ilk ağıla onun adı gəlir.

- Vaqif İbrahimoğludan mənim tələbə yoldaşlarım dərs alıblar. Amma onun dərslərində, kurslarında az da olsa iştirak etmişəm. Belə deyim, bu gün dünyada məşhur olan istər aktyorlar, istər ifaçılar fərq etmir, onlar sənin gerçək müəllimin olmasa belə, üzbəüz sənə dərs keçməsələr belə, düşünürəm ki, onlar səndə bir iz qoyurlar. Vaqif müəllim hər birimiz üçün bir poetika qoyub gedib və hamımız ondan bəhrələnirik, o, bizim mənəvi ustadımızdır. Şərt deyil ki, biz ondan dərs alaq. Əgər onun ənənəsi yaşayırsa, o ustaddan bəhrələniriksə, dediyi sözü deyiriksə, ondan bir nəticə çıxarıb yol gedə biliriksə, düşünürəm ki, həmin insan mənim əsl müəllimimdir.

- Fəaliyyət göstərdiyiniz iki teatrdan birinin səhnəsi böyük, digərininki isə kiçikdir. Hətta binası belə yoxdur.

- Bizim əvvəlki teatr binamız Dram Teatrının arxasında balaca bir bina idi. 200-dən çox yaşı olan həmin binanı Vaqif İbrahimoğlu istəmişdi. Deyilənə görə, köhnə bir hamam olub. Orada düzəldilən teatrda hər bir tərəfdə tamaşaçı var idi. Biz ortada oynayırdıq, dörd tərəfimiz tamaşaçı idi. Bizdə kulis anlayışı olmayıb. Bu bina söküləndən sonra biz Kukla Teatrında məskunlaşdıq. Təbii ki, bizim səhnəmiz onların məşq zalıdır. Bu, bizim üçün çox çətindir. Məkan balaca, işıqlandırma sistemi zəif, havalandırma yox. Çətinlik çəkirik, amma buna baxmayaraq, Yuğ Teatrı yaşayır, yeni tamaşalar hazırlayır. Bu yaxınlarda da bizim yeni tamaşamız oldu. Mikayıl Mikayılovun quruluşunda "Mən - Dədə Qorqud" tamaşası sentyabrda ictimaiyyətə təqdim olunacaq. Çətinliyə baxmayaraq, biz bu işə sevgiylə yanaşırıq. Bu, bir növ iki gəncin sevgisinə bənzəyir. Birinci dəfə əlinə toxunanda hansı hissləri yaşayırsansa, teatrda da həmin hissləri yaşamalısan. Yaşamasan, bu peşəylə məşğul olma. Bu, təkcə aktyorluq peşəsinə yox, digərlərinə də aiddir. Sənin üçün peşə anlayışı artıq həyat tərzinə keçir, orada özünü ifadə edirsən. O zaman bu, peşə olmur, sənin həyat anlamın, yolun olur. Bu həyat yolunu özümüz seçdiyimizə görə oradakı əzaba yox, formalaşdırdığımız sevgiyə fokuslanırıq. Amma təbii, texniki məsələlər problem yaradır. Bina yox, aktyorların özünəməxsus geyim otağı yox. Ümid edirik ki, bizə yeni bina verəcəklər, gözlənilir.

- Yuğ Teatrının tamaşaları digər teatrların tamaşalarından fərqlənir. İnsanı dərindən düşünməyə daha çox sövq edir. Olubmu ki, aktyorlar ssenarini oxuyarkən əsərin çatdırmaq istədiyi mənanı tapmaqda çətinlik çəksinlər?

- Təbii ki, olur. Bizim tamaşalar Vaqif İbrahimoğlunun yaratdığı poetikanın əsasında qurulur, adlanır ruhun hikmətləri. Yuğ Teatrına gələn hər bir tamaşaçının bu teatr haqqında bir anlayışı olmalıdır. Yuğ nə deməkdir, qədim türk ritualı nədən ibarət olub? Bunları araşdırmaq tamaşaçıya faydalıdır. Düşünürəm ki, bütün teatrların ağıllı tamaşaçıya hər zaman ehtiyacı var. Bizim teatrın tamaşalarına tamaşaçılarımız bir neçə dəfə baxdıqdan sonra bir çox məqamları anlaya bilirlər. Çünki bizdə struktur başqadır, götürdüyümüz mövzunu ənənəvi şəkildə təqdim etmirik. Əgər bir əsəri olduğu kimi təqdim edirsənsə, nə mənası qaldı. Elə gedib kitabdan oxuyaram da. Belə tamaşa olmur, böyük mənada yazıçı da, aktyor da, rejissorda müəlliflərdir. Heç kim heç kimin qulu deyil. Bizim tamaşalarda da hər aktyorun öz müəlliflik prinsipi ortaya çıxır. Təbii ki, hamımızın gedəcəyi yol eynidir. Hamı sözü əzbərləyib səhnəyə çıxa bilər, amma onda bu, sənət olmur. Gerçək peşəmiz bizə bunu diktə etmir. Ona görə də tamaşamçılarımız ilk dəfədən anlamırlar. Biz onlara tapmaca təqdim eləmirik, bu, onlara hörmətsizlikdir. Sadəcə yanaşma üsulu fərqlidir. Hər rejissorun öz yolu var. Rejissoru, teatrı tanımaq lazımdır. Düşünürəm ki, bu gün teatrların əksəriyyəti ənənəvi düşüncəsindən çıxmalıdır. Biz çox vaxt asan olanından yapışırıq. Məsələn, bir rejissor çox vaxt eyni aktyorla işləyir. Çünki onunla işləmək asandır. O, eyni şeyi deyəcək, o da edəcək. Amma hər dəfə eyni şeyi etmək olmur, ruh halın, yanaşman dəyişir. Bir tamaşanı 100 dəfə oynasaq, hər dəfə fərqli şəkildə ortaya çıxacaq, çünki hər dəfə eyni halda olmursan. Buna görə bizim teatra gələn hər bir tamaşaçının Yuğ Teatrı haqqında bir anlayışı olmalıdır. Düşünürəm ki, bizim tamaşaçılarımız da tamaşalarımızda sevərək iştirak edirlər. Mən hər zaman tamaşaçı təbliği aparıram. Həmişə bu teatrda olmayan insanları cəlb etməyə çalışıram. Sovet vaxtında belə bir düşüncə var idi ki, teatr hamı üçündür. Böyük mənada teatr hamı üçün deyil. Şekspir "Hamlet" əsərində aktyorları, sənət adamlarını göstərir və deyir ki, onlardan muğayat olun, onlar zəmanəmizin inciləridirlər. Teatra gəlib orada nəsə yeyə-yeyə tamaşaya baxan insan hələ teatr nədir bilmir.

- Vüqar bəy, toylara oxumağa gedirsiniz?

- Bəli.

- Amma bir çox aktyorlar öz həmkarlarının toylarda iştirakına müsbət yanaşmır.

- Mənim maddi vəziyyətim toyun hesabına maliyyələşir. Buna görə də teatr və kinoda işlərimi sevərək və rahatlıqla görürəm. Toya getsəm belə, orada heç bir bayağı musiqi oxumuram. Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Rauf Hacıyevin, Cövdət Hacıyevin, Ələkbər Tağıyevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Fikrət Əmirovun mahnılarını oxuyuram. Mən bayağı mahnıları qəti oxumuram. Kimsə sifariş etmək istəyəndə də deyirəm inciməyin, mən onu bilmirəm. Düzdür, pul hamıya lazımdır. Amma o, mənim mənəviyyatımdan, şəxsiyyətimdən üstün deyil. Toydan çıxanda tanımadığım nə qədər insan mənə yaxınlaşıb deyir ki, mən tez gedəcəkdim, amma sizə görə getmədim, nə gözəl mahnılardır. Yapon fəlsəfəsində belə bir fikir var, fəlsəfəni məişətə endirməyin, məişəti fəlsəfəyə qaldırın. Düşünürəm ki, görəcəyin bir iş səni yüksəyə qaldırmalıdır.

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see183

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see177

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see176

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see156

Hər şey niyə bahalaşır?

25 Oktyabr 2025 13:00see155

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see143

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see131

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see130

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see130

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see130

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see129

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see128

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see127

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see124

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see124

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri