Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Qiyamət oluruq biz, səhv düşəndə yerimiz” Direktorun şagirdi döyməsi iddiasına SÖZARDI… KONKRET

“Qiyamət oluruq biz, səhv düşəndə yerimiz” Direktorun şagirdi döyməsi iddiasına SÖZARDI… KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir neçə gündür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ətrafında yaranan qalmaqal səngimək bilmir. Buna səbəb isə Ramin Ağayev adlı valideynin uşağının direktor Arifə Balakişiyeva tərəfindən döyüldüyünü iddia etməsidir. Bəli məhz iddia… Çünki aparılan araşdırmalar zamanı valideynin dedikləri öz təsdiqini tapmayıb. Ancaq bu haqda az sonra…

Əvvəla qeyd edim ki, hər birimiz orta məktəbdə oxumuşuq və şagird həyatını yaşamışıq. Sərt xarakterli, tələbkar və əsl ziyalı yetişdirməyi qarşısına məqsəd qoyan müəllimlərimiz də olub. Dərslərimizə biganə yanaşanda, “dəcəllik” edəndə, sözə baxmayanda bir sillə də yemişik. Əsl ziyalı, peşəkar müəllim silləsi… Məhz bu sillələrin təsiridir ki, bu gün hər birimiz cəmiyyətdə öz yerimizi tutan, ziyalı və savadlı kadrlar kimi yetişmişik, mənsəb sahibi olmuşuq. Ən maraqlısı isə odur ki, valideynlərimiz “müəllim silləsi”ndən heç zaman narahatlıq keçirməyib, bizə yazıb-oxumağı öyrədən bu müqəddəs peşə sahiblərinin üzərinə hücum çəkməyib, yaxud polisə şikayət etməyib. Qısacası, müəllimi heç vaxt kiçik görməyiblər və bizə də evdə bunu aşılayıblar. Elə ona görə də, illərlə “görəsən müəllim yemək yeyir” fikir və düşüncəsi ilə yaşamışıq. Müəllimi hər zaman böyük görmüşük. O sillələr isə bizə fiziki olaraq heç bir ziyan vurmayıb, əksinə mənəviyyatımızın zənginləşməsinə yardım edib. Əfsuslar olsun ki, indi hər şey səhv düşüb. Bu gün müəllimin üzərinə şığıyan şagirdləri, bu şərəfli peşə sahiblərini polisə şikayət edən valideynləri görürük. Əxlaqı yerlə bir olan övladını danlamayan valideyn bir sillədən ötrü müəllimi linç edir, onun şəxsiyyətinə zərbə vurmağa çalışır. Necə deyərlər, “Qiyamət oluruq biz, səhv düşəndə yerimiz”.

Təbii ki, müəllimlər arasında da bu peşəyə layiq olmayan təsadüfi insanlar çoxdur. Ancaq bu, əsl ziyalı müəllimlərimizə münasibəti korlamamalıdır. Çünki bizim şəxsiyyət kimi formalaşmağımızda, cəmiyyətə yararlı vətəndaşlar kimi yetişməyimizdə bilavasitə müəllimlərimiz böyük rol oynayır.

İndi gələk direktor Arifə Balakişiyevanın şagirdə “əl qaldırması” iddiasına… Təbii ki, zərif bir xanımın öz şagirdinə qarşı aqressiv münasibəti, ona fiziki ziyan verə biləcəyi ilk baxışdan inandırıcı deyildi. Elə valideynin müraciətilə bağlı Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma da mənim mülahizələrimi təsdiqləyib. Belə ki,araşdırma  zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilib.

Dolayısı ilə qanunun aliliyinin təmin olunduğu, heç bir cinayətin cəzasız qalmadığı bir ölkədə prokurorluğun belə bir qərar verməsi artıq bütün həqiqətləri ortaya qoyur. Necə deyərlər, “yalan ayaq tutar, amma yeriməz”. Həqiqət isə gec-tez üzə çıxır. Odur ki, hər xırda məsələni bu qədər böyütmək əvəzinə, valideynlər bir az səbr nümayiş etdirsələr, övladlarının gələcəyi üçün müəllimlər tərəfindən edilən tənbehlərə həssas yanaşmasalar daha yaxşı olar. Ümummilli lider Heydər Əliyevin təbirincə desək:

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri