Icma.az
close
up
RU
Qiyamətə sayılı günlər qalıb Dini kitablarda yazılanlar....

Qiyamətə sayılı günlər qalıb Dini kitablarda yazılanlar....

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Planetimizdə siyasi-iqtisadi proseslər, münaqişələr və müharibələr səngimək bilmir. Hər gün dünyanın qaynar nöqtələrində baş verən hadisələr qiyamət gününün yaxınlaşması ilə bağlı şayiələri gücləndirir. 

Dünyanın sonu ilə bağlı möhvumatlar ABŞ, İsrail və İran arasında alovlanan münaqişə ilə əlaqələndirilib.

"Unikal" "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, bəzi şərhçilər İrana endirilən zərbələri Müqəddəs Kitabdan sitatlar gətirərək, əsaslandırıblar. 

Onların fikrincə, kəhanətlər gələcəkdə dünyanı daha da dərinləşəcək münaqişələrin gözlədiyini xəbər verir.

Xüsusilə Matta İncilinin 24:6–7-ci ayələrinə istinad edilir. Həmin hissədə insanlara “müharibələr və müharibə xəbərləri” eşidəndə qorxmamaq tövsiyə olunur:

"Bu, bütün xalqlarla baş verəcək və xalqın içindən pislik edənləri məhv etmək üçündür. Bu baş verəndə bilin ki, xilasınız yaxındır". 

Şərhçilərin münaqişə ilə əlaqələndirdiyi ikinci hissə isə Ezekiel peyğəmbərin (Tövratın “Yehezekel kitabı”nda adı keçən peyğəmbərlərdən biridir - red.)  38:5 ayəsidir. Burada “Persiya” adı çəkilir ki, bu da müasir İran kimi şərh olunur. Mətnə görə, həmin ölkə “son günlərdə” İsrailə qarşı çıxacaq bir koalisiyaya qoşulacaq.

Daha əvvəl "Living Waters" adlı dini podkast da bibliya dövrlərinə istinad edərək ötən ilin iyun ayında iki kəhanətin gerçəkləşdiyini bildirmişdi. Onların fikrincə, müasir hadisələrə həvari Pavelin Birinci Saloniklilərə məktubunun 5:3 ayəsində işarə edilir. Həmin ayədə deyilir ki: “İnsanlar "sülh və təhlükəsizlik" deyərkən qəfil məhv gələcək”.

İkinci sitat isə Yeşaya peyğəmbərin kitabından gətirilir və Suriya ilə əlaqələndirilir:

“Dəməşq şəhər olmaqdan çıxacaq və xarabalığa çevriləcək”.

Ümumilikdə isə regionda müharibənin Qiyamət günü və ya Rəbbin günü ilə nəticələnə biləcəyi iddia olunur.

Dini rəhbərlər qeyd edirlər ki, 2025-ci ildə və 28 fevral 2026-cı ildə İrana hücumdan əvvəl ABŞ prezidenti dəfələrlə “sülh” ifadəsini işlədib, müttəfiqlər isə qərarın “təhlükəsizlik” naminə verildiyini bildiriblər.

Digər tərəfdən, bəzi dini şərhçilər XII əsr irland arxiyepiskopu Malaxiyanın peyğəmbərliyini də xatırladırlar. Onun iddiasına görə, peyğəmbərlikdən sonra 112 papa dəyişəcək və daha sonra Qiyamət günü baş verəcək.

Məlumata görə, 112-ci papa ötən il vəfat edən Pope Francis olub. Hazırda Roma Katolik Kilsəsinin taxtında Pope Leo XIV əyləşir.

Gülayə Mecid 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Mart 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri