Icma.az
close
up
RU
Qiymət baha, torpaq yorğun... Kənd təsərrüfatımızı necə dirçəltmək olar?

Qiymət baha, torpaq yorğun... Kənd təsərrüfatımızı necə dirçəltmək olar?

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti hər keçən gün bahalaşır.

Əksər hallarda bu vəziyyətin əsas səbəbi kimi iqlim dəyişikliyi göstərilir. Lakin dünyanın bir çox ölkəsi artıq bu dəyişikliklərə adaptasiya olmağı bacardığı halda, Azərbaycanda iqlim dəyişikliyi hələ də məhsuldarlığın aşağı düşməsinin əsas səbəbi kimi göstərilir.

Bəs bu yanaşma nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı BAKU.WS-in suallarını kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov cavablandırıb.

O, bildirib ki, iqlim dəyişikliyi təkcə temperaturun artması ilə deyil, kəskin və dəyişkən fəsillərlə özünü göstərir. Bu isə insan kimi bitkilərdə də stress və "depressiya" yaradır:

"Bitkilər də insanlar və digər canlılar kimi canlıdır. Ümumilikdə baxsaq havanın temperaturu artır, lakin fəsillərə baxdıqda görürük ki kəskin dəyişmə baş verir. Bu da bitkilərdə depresiya yaradır. Yeni sortların yaradılması təbii ki vacibdir. Lakin mən inanmıram ki bu bizim problemləri həll etsin. Çünki, bizim fermerlərin aqrotexniki qaydalara əməl etməsi problemə çevrilib. Əksəriyyəti nə etdiyini və edəcəyini bilmir. Əvvəllər fermerlərimiz havanı nəzərə almırdılar, çünki həmin vaxtlar hava demək olar ki hər il eyni idi. Buna görə də fermerlər özlərinə yol xəritəsi hazırlamışdılar. Əkinə başlamaq, suvarma və s. bağlı. İndi isə vəziyyət tamamilə fərqlidir". 

Ekspertin sözlərinə görə, bu il gilas ağacları çiçəklədiyi anda güclü yağışlar başladı və nəticədə mayalanma pozuldu. Amma burada da çıxış yolu var:

"Əsas odur ki bizim fermerlər aqrotexniki qaydalara vaxtı-vaxtında əməl etsinlər. Torpaqlar münbit olmalıdır ki bitki onları mənimsəsin və immun sistemi möhkəm olsun, stresə dözə bilsin. Bu gün dünyada əksər kənd təsrrüfatı məhsulu istehsalında artım var. Belə ölkələrdə əkinçiliklə yaxşı təhsil almış aqronomlar məşğul olur. Bizdə isə pay torpağı olan adi adamlardır. Bu düzgün deyil, fermer öz sahəsinin peşəkarı olmalıdır. Yalnız torpaq sahəsinin olması ilə iş bitmir. Biz o sahədə işlıməliyik ki, kəndliləri maarifləndirək, onların bilik və bacarıqlarını artıraq. Həmçinin torpaqların mineral tərkibi yaxşılaşdırılmalıdır. Hava hətta normal keçəndə belə bizdə məhsuldarlıq aşağı düşürdü. Çünki torpaqda lazımi elementlər get-gedə azalır. Biz torpaqdan istifadə edəndə ona kifayət qədər mineral vermirik. Özündə olan da məhsulla çıxarılır. Torpağa verilməli 20-yə yaxın element var. Yalnız azot və fosfor verməklə məsələ həll olmur. Torpaqda hər hansı elementin çatışmazlığı məhsuldarlığa təsir edir. Bu il Azərbaycanda gilas çiçəkləyən dövrdə yağışlar başladı. Kəndlilər də ruhdan düşdü ki mayalanma vaxtında getmədi. Bitkinin torpağında kifayət qədər element olsa mayalanma dövrü başa çatardı". 

Sonda ekspertin fikrindən belə qənaətə gəlmək olar ki, vəziyyətdən çıxışın açarı fermerlərin maarifləndirilməsi, onların praktik və nəzəri biliklərinin artırılması və torpağa düzgün yanaşmadır. Bu sahədə təsərrüfat sahiblərinin peşəkarlığı artmadıqca, nə hava, nə də yeni sortlar problemi həll edə bilməz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 İyul 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri