Icma.az
close
up
RU
Qiymət tənzimlənməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək

Qiymət tənzimlənməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tarif (qiymət) Şurasının müvafiq qərarları bunu deməyə əsas verir

Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti ilə bağlı  Tarif (qiymət) Şurasının müvafiq qərarından danışan iqtisadçı–ekspert Samir Heydərovun sözlərinə görə, bu məsələdə söhbət əslində,  qoşulmaların qiymətinin tənzimlənməsindən gedir. Belə ki, sözügedən sahədə indiyədək vahid tarif yox idi. Təbii ki, bu da sui-istifadə hallarına yol açırdı. İndi isə Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə vahid tarif müəyyənləşdirilib. Başqa sözlə, kim su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulursa, müvafiq qoşulma qiymətlərindən istifadə edir. Qeyd edildiyi ki, bu da sui-istifadə hallarını aradan qaldırır.  

Beləliklə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq Tarif (qiymət) Şurasının iclasında su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. Bununla da müvafiq sahədə dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilməsinin qarşısı alınıb.  

Samir Heydərov bildirir ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiqlənən tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiqi gerçəkləşdirilib. Belə ki, əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyənləşdirilib.  

Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiqlənib. Bundan başqa, sutka ərzində tələb edilən buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyənləşdirilib. Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.

Ekspert bilıdirir ki, bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq. 

Samir Heydərov əhaliyə göstərilən istilik təchizatı xidmətində tarif tənzimləməsi barədə isə bildirib ki, əslində, burada söhbət qiymət artımından yox, yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsinin qarşıya əsas məqsəd kimi qoyulmasından gedir. Belə ki, hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 kvadratmetr sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 kvadratmetr sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. 

Deməli, sözügedən sahədə yuxarıda vurğulandığı kimi, söhbət qiymət bahalaşmasından deyil, yumşaq tarif siyasəti həyata keçirilməsindən gedir, optimal tarifin müəyyənləşdirilməsi qarşıya önəmli vəzifə kimi qoyulur.  Bu fikri bir qədər də konkretləşdirib  deyə bilərəm ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadratmetr  üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadratmetr sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

Beləliklə, Tarif (qiymət) Şurasının müvafiq qərarında vurğulandığı kimi, bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Ekspert təbii qaz tariflərinin tənzimlənməsi barədə isə qeyd edib ki, Azərbaycanda təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin gerçəkləşdirilməsi  və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.  Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kubmetr təbii qazın tarifi dəyişdirilməyib. 

Əhali üzrə illik istehlak həcmi isə çox çüzi– 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2faiz) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kubmetrdən 2500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 faiz) artırılaraq 20 qəpikdən 22 qəpik, 2500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 faiz) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində tənzimlənib.   

Samir Heydərov daha sonra bildirib: “Bu sahədə tənzimlənmə ilə bağlı digər rəqəmlərə də diqqət yetirək. Belə ki, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 faiz) müəyyənləşdirilib. Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərci isə 48 faiz abonent üzrə 32 qəpik, 39 faiz abonent üzrə 1 manat 43 qəpik, 13 faiz abonent (daha çox istehlak edən) üzrə  7 manat 46 qəpik nəzərdə tutulub. Bu rəqəmlərdən isə aydın görünür ki, əhalinin 48 faizi üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə –0,5 qəpik (yarım qəpik, 4,2 faiz)  tənzimlənib.

Onu da qeyd edim ki, elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1 faiz) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9 faiz) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib”.

Ekspert təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflərin müəyyənləşdirilməsinə də münasibət bildirib. O, əhali üzrə aylıq istehlak həcminin 200 kVts olan hissə üçün 1 kilovat  saat elektrik enerjisinin tarifinin 0,4 qəpik (5 faiz) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt saatdan 300 kilovat  saatadək olan hissə üçün 1 qəpik (11,1 faiz) artırılaraq 9 qəpikdən 10 qəpiyə, 300 kilovat  saatdan çox olan hissə üçün 2 qəpik (15,4 faiz) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirildiyini vurğulayıb.  

Ekspert qeyd edib ki, 1 kilovat  saat elektrik enerjisinin orta tarifi əhali üzrə  0,7 qəpik (7,8 faiz) müəyyənləşdirilib və  bu  dəyisikliyindən sonra əhalinin böyük hissəsi– 65 faizi üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5 faiz) nəzərdə tutulub.    

Samir Heydərov fikirlərinin davamında qeyd edib ki,  Tarif (qiymət) Şurasının müvafiq qərarları iqtisadi elmi–nəzəri prinsiplərə və sosial yanaşmaya əsaslanır. Belə ki, bəzi inkşaf etmiş ölkələri çıxmaq şərti ilə dünya ölkələrinin əksəriyyətində su təchizatı dövlətin inhisarında olur. Bu baxımdan  inhisarçı  bazarda fəaliyyət göstərən satıcının  davranışı ilə tam rəqabət bazarında fəaliyyət göstərən satıcının davranışı fərqlidir. İnhisarçı qiyməti özu müəyyənləşdirdiyinə görə (burda inhisarçı dövlətdir), onu tam rəqabət bazarındakı satıcıdan fərqli olaraq, istehsalın həcminin  artrılması deyil, optimal buraxılış həcmi maraqlandırır. Optimal buraxılış həcmini tapan satıcı həm xərclərini minimumlaşdırır, eyni zamanda, xidmətin keyfiyyətini artırır. Nəzərə alsaq ki, burda satıcı dövlətdir, xidmətin göstərilməsində sosial yanaşma da prioritetlik təşkil edir.

Yəni əvvələr su sistemlərinə qoşulmada  müəyyən xaotik bir hal var idi. Bu hal da suyun istehlakında israfçılığa səbəb olurdu.Bu da müəyəyn problemlərə yol açırdı.Eyni zamanda xərcləri artırırdi. Dövlət qurumu xidmətdə effektivliyi artıra bilmirdi. Su sisteminə qoşulmada qeyri-muəyəynlik hökm sürürdü.

İndi isə vahid tarifin olması ,su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm  sosial yanaşmanı, həm də şəhər və regionlar üzrə diferensial yanaşmanın tətbiqini gerçəkləşdirib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilib.  

Bu baxımdan   Tarif (qiymət) Şurasının müvafiq qərarları biznes muhitinin yaxşılaşdrılması baxımından təqdirəlayiqdir, eyni zamanda,  sahibkarlığın inkışafı üçün vacibdir. Sahibkarlıq fəaliyyətində aktivliyə yol açır. Bununla yanaşı, əhalinin su təchizatında xidmət keyfiyyətini artırmaqla su sisteminə qoşulmaqda şəffaflığı da təmin edir. 

Hazırladı:

Vaqif BAYRAMOV

XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Yanvar 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see133

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see132

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see127

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see127

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see125

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see121

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see120

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see120

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see119

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see119

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see117

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see117

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see113

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see112

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see112

BANK KARTLARINDANKI PULLARIMIZ NECƏ OĞURLANIR? Ekspert şok detalları AÇIQLADI

11 Aprel 2025 16:22see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri