Icma.az
close
up
RU
“Qiymət tənzimlənməsi xidmət keyfiyyətini artıracaq”

“Qiymət tənzimlənməsi xidmət keyfiyyətini artıracaq”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qiymət tənzimlənməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək. Tarif (qiymət) Şurasının müvafiq qərarları bunu deməyə əsas verir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti ilə bağlı Tarif Şurasının müvafiq qərarından danışan iqtisadçı ekspert Samir Heydərov bildirib. 

Onun sözlərinə görə, bu məsələdə söhbət əslində, qoşulmaların qiymətinin tənzimlənməsindən gedir: “Belə ki, sözügedən sahədə indiyədək vahid tarif yox idi. Təbii ki, bu da sui-istifadə hallarına yol açırdı. İndi isə Tarif Şurasının müvafiq qərarı ilə vahid tarif müəyyənləşdirilib. Başqa sözlə, kim su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulursa, müvafiq qoşulma qiymətlərindən istifadə edir. Qeyd edildiyi kimi, bu da sui-istifadə hallarını aradan qaldırır.  

Beləliklə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq Tarif Şurasının iclasında su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. Bununla da müvafiq sahədə dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilməsinin qarşısı alınıb”.  

Samir Heydərov bildirib ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiqlənən tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiqi gerçəkləşdirilib. Belə ki, əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyənləşdirilib.

“Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiqlənib. Bundan başqa, sutka ərzində tələb edilən buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrindən asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyənləşdirilib. Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir”, - S. Heydərov əlavə edib.

Ekspert bildirib ki, bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq. 

Samir Heydərov fikirlərinin davamında qeyd edib ki, Tarif Şurasının müvafiq qərarları iqtisadi elmi–nəzəri prinsiplərə və sosial yanaşmaya əsaslanır. Belə ki, bəzi inkişaf etmiş ölkələri çıxmaq şərti ilə dünya ölkələrinin əksəriyyətində su təchizatı dövlətin inhisarında olur: “Bu baxımdan inhisarçı bazarda fəaliyyət göstərən satıcının davranışı ilə tam rəqabət bazarında fəaliyyət göstərən satıcının davranışı fərqlidir. İnhisarçı qiyməti özü müəyyənləşdirdiyinə görə (burada inhisarçı dövlətdir), onu tam rəqabət bazarındakı satıcıdan fərqli olaraq, istehsalın həcminin artırılması deyil, optimal buraxılış həcmi maraqlandırır. Optimal buraxılış həcmini tapan satıcı həm xərclərini minimumlaşdırır, eyni zamanda, xidmətin keyfiyyətini artırır. Nəzərə alsaq ki, burada satıcı dövlətdir, xidmətin göstərilməsində sosial yanaşma da prioritetlik təşkil edir. 

Yəni əvvələr su sistemlərinə qoşulmada müəyyən xaotik bir hal var idi. Bu hal da suyun istehlakında israfçılığa səbəb olurdu. Bu da müəyyən problemlərə yol açırdı. Eyni zamanda xərcləri artırırdı. Dövlət qurumu xidmətdə effektivliyi artıra bilmirdi. Su sisteminə qoşulmada qeyri-müəyyənlik hökm sürürdü.

İndi isə vahid tarifin olması, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial yanaşmanı, həm də şəhər və regionlar üzrə diferensial yanaşmanın tətbiqini gerçəkləşdirib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilib. Bu baxımdan Tarif Şurasının müvafiq qərarları biznes muhitinin yaxşılaşdırılması baxımından təqdirəlayiqdir, eyni zamanda, sahibkarlığın inkişafı üçün vacibdir. Sahibkarlıq fəaliyyətində aktivliyə yol açır. Bununla yanaşı, əhalinin su təchizatında xidmət keyfiyyətini artırmaqla su sisteminə qoşulmada şəffaflığı da təmin edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri