Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Qiymət tənzimlənməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək KONKRET

Qiymət tənzimlənməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti ilə bağlı Tarif (qiymət) Şurasının müvafiq qərarından danışan iqtisadçı–ekspert Samir Heydərovun sözlərinə görə, bu məsələdə söhbət əslində, qoşulmaların qiymətinin tənzimlənməsindən gedir. Belə ki, sözügedən sahədə indiyədək vahid tarif yox idi. Təbii ki, bu da sui-istifadə hallarına yol açırdı. İndi isə Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə vahid tarif müəyyənləşdirilib. Başqa sözlə, kim su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulursa, müvafiq qoşulma qiymətlərindən istifadə edir. Qeyd edildiyi kimi, bu da sui-istifadə hallarını aradan qaldırır. 

Beləliklə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq Tarif (qiymət) Şurasının iclasında su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. Bununla da müvafiq sahədə dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilməsinin qarşısı alınıb.

KONKRET.az xəbər verir ki, Samir Heydərov bildirir ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiqlənən tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiqi gerçəkləşdirilib. Belə ki, əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyənləşdirilib.

Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiqlənib. Bundan başqa, sutka ərzində tələb edilən buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrindən asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyənləşdirilib. Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.

Ekspert bildirir ki, bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.

Samir Heydərov fikirlərinin davamında qeyd edib ki, Tarif (qiymət) Şurasının müvafiq qərarları iqtisadi elmi–nəzəri prinsiplərə və sosial yanaşmaya əsaslanır. Belə ki, bəzi inkişaf etmiş ölkələri çıxmaq şərti ilə dünya ölkələrinin əksəriyyətində su təchizatı dövlətin inhisarında olur. Bu baxımdan inhisarçı bazarda fəaliyyət göstərən satıcının davranışı ilə tam rəqabət bazarında fəaliyyət göstərən satıcının davranışı fərqlidir. İnhisarçı qiyməti özü müəyyənləşdirdiyinə görə (burada inhisarçı dövlətdir), onu tam rəqabət bazarındakı satıcıdan fərqli olaraq, istehsalın həcminin artırılması deyil, optimal buraxılış həcmi maraqlandırır. Optimal buraxılış həcmini tapan satıcı həm xərclərini minimumlaşdırır, eyni zamanda, xidmətin keyfiyyətini artırır. Nəzərə alsaq ki, burada satıcı dövlətdir, xidmətin göstərilməsində sosial yanaşma da prioritetlik təşkil edir.

Yəni əvvələr su sistemlərinə qoşulmada müəyyən xaotik bir hal var idi. Bu hal da suyun istehlakında israfçılığa səbəb olurdu. Bu da müəyyən problemlərə yol açırdı. Eyni zamanda xərcləri artırırdı. Dövlət qurumu xidmətdə effektivliyi artıra bilmirdi. Su sisteminə qoşulmada qeyri-müəyyənlik hökm sürürdü.

İndi isə vahid tarifin olması, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial yanaşmanı, həm də şəhər və regionlar üzrə diferensial yanaşmanın tətbiqini gerçəkləşdirib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilib.

Bu baxımdan Tarif (qiymət) Şurasının müvafiq qərarları biznes muhitinin yaxşılaşdırılması baxımından təqdirəlayiqdir, eyni zamanda, sahibkarlığın inkişafı üçün vacibdir. Sahibkarlıq fəaliyyətində aktivliyə yol açır. Bununla yanaşı, əhalinin su təchizatında xidmət keyfiyyətini artırmaqla su sisteminə qoşulmada şəffaflığı da təmin edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Yanvar 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri