Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Qiymətləndirmə sektoru yenilənəcək” AQP rəsmisi

“Qiymətləndirmə sektoru yenilənəcək” AQP rəsmisi

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qiymətləndirmə sahəsində inzibati tənzimləməni həyata keçirən Palatanın rəhbərliyi formalaşıb, sədr, sədr müavinləri, İntizam komissiyasının sədri, Rəyasət Heyətinin və İntizam komissiyasının üzvləri seçilib.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) İntizam komissiyasının sədri, “FM Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, tanınmış əmlak eksperti Nahid Həsənovla söhbətimizdə AQP-nin fəaliyyət istiqamətləri, görüləcək işlər və digər mövzular ətrafında söhbətləşdik.

– Artıq iki aydır ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) fəaliyyətə başlayıb. Palatanın fəaliyyəti hazırda nə yerdədir?

– İlk növbədə onu vurğulayım ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxvektorlu islahatların əsas məqsədlərindən biri idarəçilik sisteminin yenilənməsi, müasir dövrün çağırışlarına cavab verməsi və keyfiyyət etibarilə yeni mərhələyə keçidin təmin edilməsidir. Təsadüfi deyil ki, ötən illər ərzində hakimiyyətin bütün qolları yenilənib, müasir idarəçilik sisteminə keçid təmin edilib. Bu xüsusda iqtisadiyyatın mühüm istiqamətlərindən olan qiymətləndirmə sektoru da kənarda qala bilməzdi və yenilənmə labüd idi.

O da məlumdur ki, qiymətləndirmə sektorunda inzibati idarəetmə modeli mövcud deyildi və “Qiymətləndirmə fəaliyyəti haqqında” köhnə qanun layihəsi də müasir dövrün tələblərinə cavab vermirdi. İqtisadiyyat Nazirliyi tərəfindən yeni qanun layihəsi hazırlandı və Milli Məclisdə təqdim edildi.  2023-cü ilin sonunda Milli Məclis qanun layihəsini üçüncü oxunuşda təsdiq etdi və cənab Prezident İlham Əliyevin fərmanı ilə ratifikasiya edildi.

Bundan sonra isə qarşıda Qiymətləndiricilər Palatasının formalaşdırılması dayanırdı. Qanunda qeyd olunur ki, Azərbaycanda qiymətləndirmə siyasəti Palata tərəfindən tənzimlənəcək. Palata isə qiymətləndirici şəhadətnaməsini əldə etmiş qiymətləndiricilər tərəfindən formalaşdırmalı idi. Bu məqsədlə İqtisadiyyat və Maliyyə nazirliklərinin iştirakı ilə Təşkilat Komitəsi yaradıldı. Dövlət İmtahan Mərkəzi qanuna müvafiq olaraq qiymətləndiricilərin peşə imtahanlarını təşkil etdi.

Bu məqamda qeyd edim ki, İqtisadiyyat nazirinin müavini cənab Sahib Ələkbərovun rəhbərliyi altında fəaliyyət göstərən Təşkilat Komitəsi çox peşəkar çalışdı və nəhayət ötən il noyabr ayının 30-da Qiymətləndiricilər Palatası rəsmi olaraq fəaliyyətə başladı. Palatanın rəhbər strukturları formalaşdı.

Ötən müddət ərzində Palatanın nizamnaməsi qəbul edilib, fəaliyət istiqamətləri təsdiq edilib. Strukturlaşma istiqamətində mühüm qərarlar qəbul edilib. Qısa müddətdir formalaşmasına baxmayaraq, Palata üzərinə düşən missiyanı uğurla icra etməkdədir və qarşıdakı aylarda ölkə qiymətləndiricilərinin keyfiyyətcə yeni mərhələyə tam keçidi təmin ediləcək.

– “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsində ölkədə qiymətləndirmə siyasətinin həyata keçirilməsi Palataya həvalə olunub. Qanunda və nizamnamədə diqqətçəkən əsas məqamlardan biri də qiymətləndirmə fəaliyyətinin istiqamətləri ilə bağlıdır. Gələcəkdə bu istiqamətlərin sayının artırılması nəzərdə tutulurmu?

– Qanun layihəsində qiymətləndirmə fəaliyyətinin istiqamətləri müəyyən edilib və onların sayı 10 həddində təsbit olunub. Müəssisələrin, daşınar əmlakın, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, qeyri-maddi əmlak nemətlərinin, kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin, təbii sərvətlərin, dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin, xidmətlərin, eləcə də digər qiymətləndirmə obyektlərinin qiymətləndirilməsi bu sırada yer alır. Göründüyü kimi, qanunvericilikdə digər qiymətləndirmə obyektlərinin qiymətləndirilməsinə dair müddəa da yer alır ki, bu xüsusda bütün növ qiymətləndirmə fəaliyyətləri həyata keçiriləcək.

Qeyd edim ki, Azərtbaycanda əsasən daşınar və daşınmaz əmlakın, müəssisələrin, kreditor borcların, dəymiş zərərin qiymətləndirilməsi daha çox populyarlıq qazanıb və Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edən imtahanlarda qiymətləndiricilərin daha çox bu sahələr üzrə uğur qazanması təsadüfi deyil. Şübhəsiz ki, beynəlxalq standartlara keçidin təmin olunması, digər qiymətləndirmə fəaliyyətlərinin aktivləşdirilməsi də qarşıda duran əsas hədəflərdən biridir. Burada heç şübhəsiz tələb-təklif məsələsi də vacib rol oynayır. Hesab edirəm  ki, Qiymətləndiricilər Palatasının fəaliyyətə başlaması ilə sektorda baş verən yenilənmələr bütün növ qiymətləndirmə fəaliyyətlərinin tərəqqisinə öz mühüm töhfəsini verəcək. AQP rəhbərliyi, İntizam komissiyası tərəfindən qiymətləndirmə rəylərinin peşəkar səviyyədə hazırlanmasına nəzarəti təmin etmək məqsədilə işçi qrupu təsis ediləcək ki, bu amil mövcud boşluqların aradan qaldırılmasına öz töhfəsini verəcək.

– Rəyasət Heyəti ümumi idarəetməni təşkil etdiyi kimi, İnzitam komissiyası da Palatanın fəaliyyətinə nəzarəti həyata keçirəcək. Qurumun sədri olaraq görəcəyiniz işlər nədən ibarət olacaq və İntizam komissiyası qiymətləndirmə sektorunun inkişafına hansı töhfələr verəcək?

– İstənilən qurumun fəaliyyətinin təşkilində nəzarət-təftiş siyasətinin həyata keçirilməsi mühüm yer tutur və bütün qurumlarda anoloji təsisatın formalaşdırılması qanunvericiliyin tələbidir. Təbii ki, bütün qanunlarda bu məqamın yer alması təsadüfi deyil və intizam tədbirlərini təşkil etmədən peşəkar idarəçilikdən danışmaq yersizdir. AQP-nin təsis yığıncağında sədr və sədrin iki müavini, sərbəst qaydada 6 Rəyasət Heyəti üzvü ilə yanaşı, İntizam komissiyasının sədri və sərbəst qaydada 4 üzvü seçilib. Bu gün Palatanın idarə olunmasında təsisçilər tərəfindən seçilən 14 rəhbər şəxs iştirak edir ki, bunun 5-i İntizam komissiyasının sədri və üzvləridir. Şübhəsiz ki, komissiya olaraq biz də Palatanın idarə olunmasında yaxından iştirak edirik və AQP-nin gələcək fəaliyyət istiqamətləri ilə bağlı fəaliyyət strategiyalarının hazırlanması və icrası burada əsas yer turur.

Maliyyə nəzarət sisteminin, intizam tədbirlərinin təşkili, eyni zamanda qeyd etdiyim kimi, qiymətləndirmə rəylərinin peşəkar səviyyədə hazırlanmasına nəzarətin təmin olunması məqsədilə müvafiq bölmələr və işçi qruplarının yaradılması istiqamətində işləyirik. Məlumdur ki, yeni qanun layihəsinin qəbulunda qədər qiymətləndirmə sektoru nizamsız fəaliyyət göstərib və bu da öz növbəsində ciddi problemlərə yol açıb. Əsas problem qeyri-dəqiq qiymətləndirmə rəyləri ilə bağlı olub ki, bu da öz növbəsində sektorun axsamasına və reputasiya itkisinə səbəb olub. Ölkə iqtisadiyyatının inkişafını qiymətləndirməsiz təsəvür etmək mümkün olmadığına görə, bunun doğurduğu fəsadları görməmək də mümkün deyil. Palatanın yaradılmasında məqsəd də bu çatışmazlıqları aradan qaldırmaqdır və AQP-nin İntizam komissiyası olaraq biz də bu prosesdə fəal iştirak edirik.

– Ekosistemin ayrılmaz tərkib hissəsi olsa da, məlumdur ki, qiymətləndirmə sektorunda neqativ hallar hökm sürməkdədir. Qeyri-peşəkar qiymətləndirmə rəylərinin hazırlanması, qiymətləndiricilərin öz təbirincə desək, “masaüstü qiymətləndirmə rəylərinin” dövrü nə vaxt başa çatacaq?

– 90-cı illərin sonlarına qədər qiymətləndirmə fəaliyyəti göstərmək üçün müvafiq lisenziya tələbi mövcud idi. Sonradan bu tələb aradan qaldırıldı. Burada əsas məqsəd qiymətləndirmə subyektlərinin fəaliyyətini asanlaşdırmaq, onların əlavə vaxt itkisinə məruz qalmasının qarşısını almaq idi. Çox təəssüf ki, bu, işlək olmadı. Maraqlı dairələr özləri üçün qiymətləndirmə şirkətləri yaradır, bu yolla istədikləri rəylərin hazırlanmasına və əldə olunmasına nail olurdu. Qeyri-peşəkar şəxslərin bu sahəyə axını baş verdi və nəticədə belə bir arzuolunmaz situasiya yarandı.

Artıq vəziyyət fərqlidir. Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün imtahan verməli və qiymətləndirmə şəhadatnaməsini əldə etməlisən. Eyni zamanda Palatanın üzvü olaraq AQP-nin qəbul etdiyi qaydalara riayət etməlisən. Onu da qeyd edim ki, Palata qərarların qəbulunu təkbaşına həyata keçirmir və bütün qiymətləndiricilərin bu prosesdə iştirakı təmin edilir. Kollektiv idarəetmə artıq öz bəhrəsini verməkdədir.

Sonda qeyd edim ki, qiymətləndirmə sektorunda özbaşınalıq dövrü başa çatır. Sektoru yenidən dizayn olunur, ciddi yenilənmə mərhələsindədir. Əminik ki, bu proses Azərbaycanda qiymətləndirmə sektorunun tərəqqisinə gətirib çıxaracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Fevral 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri