Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

“Müstəqil qiymətləndirmə investisiya qərarının başlanğıc nöqtəsidir” AQP rəsmisi

“Müstəqil qiymətləndirmə investisiya qərarının başlanğıc nöqtəsidir” AQP rəsmisi

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Ayan Qəmbərova: “Bu, bazarda şəffaflığın, etibarlı investisiya mühitinin və davamlı iqtisadi inkişafın əsas təminatçısıdır”

“Müstəqil qiymətləndirmə sağlam və etibarlı investisiya mühitinin formalaşmasında mühüm rol oynayır”.

Bu sözləri Tribuna informasiya agentliyinə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova söyləyib.

Onun sözlərinə görə, istər dövlət, istərsə də özəl sektor layihələri üçün qərarların qəbulunda obyektiv və elmi əsaslara söykənən qiymətləndirmə prosesi əvəzolunmazdır: “İnvestisiya qərarı təkcə bir biznes plan və ya maliyyə göstəriciləri toplusu deyil, əslində gələcəyin proqnozudur. Bəzən bu qərar bir ailənin illərlə topladığı kapitalı, bəzən isə bir regionun iqtisadi taleyini müəyyənləşdirir. Ona görə də, belə qərarlar mütləq şəkildə faktlara əsaslanmalıdır. Bu faktları müəyyənləşdirən isə yalnız müstəqil qiymətləndirmədir. Qiymətləndirici bu mərhələdə sadəcə aktivin dəyərini müəyyənləşdirmir. Layihənin bazar mühitini, iqtisadi göstəricilərini və gələcək risklərini analiz edir. Peşəkar qiymətləndirici bazarın nəbzini tutur, risk modelləri qurur, sosial və iqtisadi trendləri təhlil edir. Bəzən onun verdiyi rəy investorun ilkin gözləntilərindən fərqli olur, amma məhz bu fərq çox vaxt investisiyanı xilas edən əsas amilə çevrilir. Azərbaycanın müxtəlif bölgələrində aparılan təhlillər ilkin qiymətləndirmə aparılmadan həyata keçirilən layihələrin böyük hissəsinin ya yarımçıq qaldığını, ya da planlaşdırılan gəlirliliyə çatmadığını göstərir”.

O qeyd edir ki, düzgün qiymətləndirmə həm investorun, həm də kredit verən maliyyə qurumlarının risklərini minimuma endirir: “Məsələn, Bakı ətrafında sənaye müəssisəsi tikmək istəyən bir investor torpaq alır və milyonlarla manatlıq kredit razılığı əldə edir. Kağız üzərində hər şey cəlbedici görünür. Lakin qiymətləndirici ərazini analiz etdikdə enerji təminatının zəif, nəqliyyat infrastrukturunun natamam, satış bazarının isə məhdud olduğunu aşkar edir. Belə vəziyyətdə ilkin planlaşdırılan gəlirlilik 15 faiz yox, 6-7 faiz ola bilər. Bu, sadə bir fərq kimi görünsə də, əslində layihənin gələcəyini dəyişən amildir. Qarabağda istixana layihəsi qurmaq istəyən bir sahibkar torpağın suvarma potensialını və enerji təminatını nəzərə almadan plan hazırlayırsa, qiymətləndirici bu riskləri dərhal üzə çıxarır. Nəticədə layihə reallığa uyğunlaşdırılır və investor gələcəkdə ikiqat zərərdən qorunur. Bu, bəzən layihəni dayandırmaq kimi görünür, amma əslində investoru qoruyan iqtisadi siqnaldır”.

AQP rəsmisi hesab edir ki, müstəqil qiymətləndirmə təkcə xərcləri deyil, həm də gələcək imkanları üzə çıxaran mexanizmdir: “Qiymətləndirici bazarı yalnız bu gün üçün oxumur. O, qarşıdakı üç-beş ilin iqtisadi trayektoriyasını proqnozlaşdırır. Kredit faizlərinin dəyişməsi, tikinti materiallarının qiymət dinamikası, tələbat artımı, sosial infrastrukturun inkişaf istiqamətləri nəzərə alınmaqla optimist, ehtiyatlı və böhranlı ssenarilər hazırlanır. Bu ssenarilər əsasında investor gələcək pul axınlarının necə dəyişəcəyini görür və qərarını intuisiya ilə deyil, riyazi əsasla verir. Azərbaycanın investisiya bazarında baş verən son proseslər də müstəqil qiymətləndirmənin vacibliyini daha da artırır. Dövlətin iri infrastruktur layihələrinə ayırdığı vəsait tikinti sektorunda qiymətləri canlandırsa da, bəzi hallarda izafi investisiya riskləri yaradır. Paytaxtda ofis binalarının sürətlə çoxalması kirayə dərəcələrinin sabitləşməsinə, hətta müəyyən sahələrdə azalmasına səbəb olub. Bu reallığı vaxtında görən investor yaşayış məqsədli layihəyə yönəlir və nəticədə daha dayanıqlı gəlir əldə edir. Bu, müstəqil qiymətləndirmənin praktik əhəmiyyətini göstərən ən parlaq nümunələrdəndir” – Qəmbərova bildirib.

Əlavə edib ki, müstəqil qiymətləndirmə eyni zamanda etik məsuliyyət daşıyır və bazarda şəffaflığın təminatçısı rolunda çıxış edir: “Qiymətləndirici həm investor, həm bank, həm də dövlət qurumları arasında etimad körpüsüdür. Xarici investor Azərbaycana gəldikdə ilk sualı budur: bu aktivlərin dəyərini kim və necə müəyyənləşdirib? Əgər cavab qiymətləndiricidirsə, bu, həm qərarın etibarlılığını, həm də ölkə bazarının yetkinliyini göstərir. Hər bir uğurlu investisiyanın təməlində təkcə ideya və kapital deyil, həm də obyektiv, elmi əsaslara söykənən qiymətləndirmə dayanır. Real dəyəri bilmədən gələcəyi planlaşdırmaq, xəritəsiz yola çıxmaq kimidir. Müstəqil qiymətləndirmə isə o xəritəni investorun əlində dəqiqliklə cızan ən etibarlı vasitədir” – AQP sədrinin müavini fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 Noyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri