Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Ortaq metodoloji baza və qiymətləndirmə standartları formalaşacaq AQP rəsmisi

Ortaq metodoloji baza və qiymətləndirmə standartları formalaşacaq AQP rəsmisi

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ayan Qəmbərova: "Bakıda keçiriləcək beynəlxalq tədbir region ölkələrini bir araya gətirəcək"




Məlum olduğu kimi, 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin təsdiqlədiyi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanununa müvafiq olaraq Azərbaycan Qiymətləndiricilər Palatası təsis edilib. Ölkəmizdə qiymətləndirmə sektorunun tənzimləməsini həyata keçirən Palatanın əsas fəaliyyət istiqamətləri qiymətləndirmə fəaliyyətinə dair qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək, qiymətləndirmə üzrə yanaşma və metodları təsdiq etməkdir. Qanunvericiliyə əsasən yalnız Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan şəslər respublikanın ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər. 

Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Ayan Qəmbərova “Sherg.az"a müsahibəsində Palatanın fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq imkanları və digər mövzular ətrafında təəssüratlatını bölüşüb..


 - Son illərdə qiymətləndirmə sahəsində müşahidə olunan əsas dəyişiklikləri necə qiymətləndirirsiniz? Bu sahənin aktuallığının artmasının səbəbləri nədir?

 - Qiymətləndirmə sahəsi həm qlobal, həm də milli səviyyədə əhəmiyyətli transformasiyaya məruz qalıb. Əvvəllər qiymətləndirmə əsasən texniki və məhdud bir sahə kimi qəbul edilirdi, məsələn, yalnız əmlakın və ya biznesin dəyərinin müəyyənləşdirilməsi kimi. Lakin iqtisadiyyatın şaxələnməsi, dayanıqlı inkişaf tələbləri və digər faktorlar qiymətləndirməni daha geniş və çoxşaxəli bir sahəyə çevirdi. İndi qiymətləndirmə ədalət, şəffaflıq və sosial-mədəni dəyərlərin qorunması ilə birbaşa bağlıdır. Məsələn, mədəni irsin, təbii sərvətlərin qiymətləndirilməsi və ətraf mühit risklərinin analizi kimi yeni istiqamətlər ortaya çıxıb. Azərbaycanda bu sahənin aktuallığı ölkənin iqtisadi islahatları, institusional yenilikləri və beynəlxalq standartlara inteqrasiya səyləri ilə üst-üstə düşür. Beləliklə, qiymətləndirmə artıq texniki deyil, habelə strateji əhəmiyyət daşıyır.



 - Qiymətləndirmə fəaliyyəti tarixən daha çox texniki bir prosedur kimi qəbul olunub. Lakin son zamanlar bu sahənin sosial, iqtisadi və ekoloji aspektləri ön plana çıxıb. Azərbaycanda bu sahədə hansı yeniliklər həyata keçirilir?

 - Əvvəllər qiymətləndirmə fəaliyyətləri əsasən maliyyə və əmlak bazarlarına yönəlmişdi, kredit və biznes proseslərinin tələblərinə uyğun şəkildə aparılırdı. Lakin hazırda qiymətləndirmə yalnız maddi aktivlərin dəyərini müəyyənləşdirməkdən kənara çıxıb. Sosial məsuliyyət, ədalət prinsipləri, ətraf mühitin qorunması və mədəni irsin saxlanması kimi sahələr qiymətləndirmənin tərkib hissəsinə çevrilib. Azərbaycanda da bu tendensiyalar öz əksini tapıb. Ölkəmiz qiymətləndirmə sahəsində konseptual dəyişikliklər həyata keçirir. 2023-cü ildə qəbul olunan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun yeni istiqamətləri hüquqi statusla təmin etdi və bununla da qiymətləndirmə sahəsinin hüdudları genişləndi. Milli qiymətləndirmə standartlarının hazırlanması və institusional təşəbbüslər bu sahənin inkişafını sürətləndirir. Bu yeniliklər iqtisadiyyatın, hüququn və mədəniyyətin inteqrasiyasını təmin edir.


 - “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun əsas yenilikləri və sektora gətirdiyi dəyişikliklər barədə fikirlərinizi bilmək istərdik. Bu qanun qiymətləndirmə sahəsinin inkişafına hansı töhfələr verəcək?

 - 2023-cü ildə qəbul edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qiymətləndirmə sahəsində yeni mərhələyə keçidi şərtləndirdi. Bu qanun təkcə normativ bazanı təkmilləşdirməklə kifayətlənmir, eyni zamanda qiymətləndirmənin fəlsəfi mahiyyətini dəyişdirir. Qanunla beş yeni qiymətləndirmə istiqaməti hüquqi status qazandı: mədəni irs və mədəni sərvətlərin qiymətləndirilməsi, təbii sərvətlərin - su, torpaq və faydalı qazıntıların dəyərləndirilməsi, risklərin və dəymiş zərərlərin qiymətləndirilməsi, kreditor və debitor borcların qiymətləndirilməsi, eləcə də xidmətlərin qiymətləndirilməsi. Bu istiqamətlər dövlətin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq iqtisadi, hüquqi və sosial baxımdan mühüm rol oynayır. Beləliklə, qanun qiymətləndirmə fəaliyyətinin keyfiyyətini yüksəldir, şəffaflığı təmin edir və ölkənin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.


 - Beynəlxalq təcrübə və standartların tətbiqi qiymətləndirmə sistemində vacib rol oynayır. Qiymətləndiricilər Palatası beynəlxalq standartları yerli ehtiyaclara necə uyğunlaşdırır?

 - Azərbaycan Qiymətləndiricilər Palatası beynəlxalq standartlara, xüsusən IVSC-nin -  Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının təlimatlarına böyük önəm verir. Lakin qeyd etmək lazımdır ki, beynəlxalq standartlarda hələ bəzi yeni istiqamətlər - məsələn, mədəni irs və təbii sərvətlərin qiymətləndirilməsi üçün xüsusi normativlər yoxdur. Bu, dünya miqyasında da mövcud olan bir boşluqdur. Palata olaraq biz bu boşluqları müəyyən edərək milli standartların hazırlanmasına start verdik. Bu proses yalnız daxili ehtiyacları ödəmək üçün deyil, həm də qlobal təcrübəyə töhfə vermək məqsədi daşıyır. Yaxın gələcəkdə IVSC-yə rəsmi müraciət edərək bu istiqamətlərdə beynəlxalq standartların yaradılması üçün təşəbbüs göstərəcəyik. Beləliklə, Azərbaycan həm öz milli sistemini inkişaf etdirir, həm də beynəlxalq qiymətləndirmə icmasında fəal iştirak edir.


 - Regional əməkdaşlıq imkanlaı barədə danışdınız. Bakıda təşkil olunacaq regional tədbirin məqsədi və bu əməkdaşlığın qiymətləndirmə sisteminə təsiri barədə nə deyə bilərsiniz?

 - Bakıda keçiriləcək regional toplantı qiymətləndirmə sahəsində əməkdaşlığı gücləndirmək baxımından strateji əhəmiyyət daşıyır. Qafqaz və Orta Asiya regionlarında bir çox ölkə oxşar ehtiyaclar və çağırışlarla üzləşir. Təbii sərvətlərin, mədəni irsin qorunması və qiymətləndirilməsi, həmçinin iqtisadiyyatların transformasiyası bu ölkələr üçün ortaq məsələdir. Bu səbəbdən tədbir çərçivəsində region ölkələrinin qiymətləndirici assosiasiyaları arasında ekspert işçi qrupunun yaradılması planlaşdırılır. Məqsəd vahid elmi-metodoloji standartların hazırlanması, tədris və sertifikasiya sistemlərinin uyğunlaşdırılmasıdır. Bu platforma vasitəsilə region qiymətləndirmə sahəsində inteqrasiya olunmuş, beynəlxalq səviyyədə tanınan və peşəkar təcrübəyə malik bir mərkəzə çevriləcək. Bakı bu inteqrasiyanın start nöqtəsi olaraq önəmli rol oynayır və biz inanırıq ki, bu təşəbbüs regional iqtisadi və hüquqi inkişafı sürətləndirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see269

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see212

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see182

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see165

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see158

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see157

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see138

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri