Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws-dan verilən məlumata əsaslanaraq, xəbər verir Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb Xəbər saytı Son xəbərlər və Hadisələr.
Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bir müddət əvvəl evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad soyad şərtidir) qaçırıb.
Ötən gün qızın qardaşları bacıların arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.
Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.
Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)