Qıza görə düşən dava qanla nəticələndi HÖKM
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nurlan Tapdıqovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nurlan Tapdıqov 3 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 6 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Nar bağları" adlanan ərazidə qeydə alınıb.
Belə ki, zərərçəkmiş Kamal Həsənov tanışı, 2001-ci il təvəllüdlü Nurlan Tapdıqovu görüşə çağırıb. Buna səbəb isə təqsirləndirilən şəxsin onun tanışı olan qıza "TikTok"da mesaj yazması olub. Görüş zamanı Kamal beysbol dəyənəyi ilə ona qəsdən bir neçə dəfə zərbə vuraraq. Sonra Nurlan hadisə yerinə gəldiyi avtomobilin salonunda saxladığı bıçaqla ona qəsdən bir neçə dəfə zərbə endirib.
Daha sonra Nurlan Tapdıqov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 05 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















