Şəxsi əşyalarına görə bacısını bıçaqlayan qıza HÖKM OXUNDU
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Ağır Cinayətlər məhkəməsində sağlamlığa qəsdən ağır zərər vurmaqda təqsirləndirilən S. F- nin cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən S.F-nin 1 il sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı S.F-nin 3 il 6 ay müddətinə həbs olunmasını istəmişdi.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 3-də Bakının Xətai rayonunda baş verib. Təqsirləndirilən şəxsin bacısı A.S-nın ona məxsus əşyalardan icazəsiz istifadə etməsi nəticəsində iki bacı arasında mübahisə yaranıb. Buna qəzəblənən F.S. mətbəx bıçağı ilə bacısına iki dəfə zərbə vurub. Nəticədə A.S-nın ağ ciyəri ciddi dərcədə zədələnib. F.S-ya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə yekun ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 30 Yanvar 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















