Icma.az
close
up
RU
Qızartma dadında Gül kələminin ən dadlı hazırlanma üsulu

Qızartma dadında Gül kələminin ən dadlı hazırlanma üsulu

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qış aylarında çoxlarının tərəvəzlər arasında arxa plana atdığı gül kələmi əsasən ya qızardıldığı üçün yağ çəkir, ya da qaynandıqda ağır qoxu yaydığı üçün sevilmir. Lakin məşhur aşpazların tez-tez tövsiyə etdiyi xüsusi bişirmə üsulu gül kələmini həm yüngül, həm də təəccübləndirəcək dərəcədə doyumlu bir yeməyə çevirir. 

Milli.Az xəbər verir ki, bu reseptdə gül kələmi nə qızardılır, nə də qaynar suda qaynadılır. Əksinə, tərəvəzlər öz təbii suyu ilə yavaş-yavaş bişirildiyi üçün həm forması gözəl qalır, həm də çəngəl toxunduqda asanlıqla dağılan yumşaqlıq əldə edilir. Sağlam qidalanmağa diqqət edənlər üçün də ideal seçimdir.

Tərkibi

1 kq gül kələmi

2 ədəd orta ölçülü qırmızı bibər

1 ədəd orta boy pomidor

1 xörək qaşığı tomat pastası

1 orta boy soğan

3 ədəd yaşıl bibər

Yarım fincan duru yağ

6 diş sarımsaq

Hazırlanma qaydası
Gül kələmini təmizləyərək iri çiçəklərə bölün. Geniş qaba qoyub üzərinə soyuq su əlavə edin və 30 dəqiqə gözlədin.

Soğanı incə doğrayın.

İstəsəniz, soğan ölçüsündə doğranmış yerkökü də əlavə edə bilərsiniz.

Bibərləri dilimləyin.

Pomidorun qabığını soyub xırda doğrayın.

Sarımsaqların yarısını xırda doğrayın, yarısı daha sonra istifadə ediləcək.

Geniş qazanı ocağa qoyun, duru yağı əlavə edin.

Yağ qızmadan soğanı, yerkökünü və bibərləri əlavə edin. Orta odda, qapağı bağlı şəkildə yumşalanadək qovurun. Rəngləri dəyişməyə başlayanda az miqdarda qiymə əlavə edin və tam açılana qədər qarışdırın.Təxminən 5 dəqiqə daha qovurun.

Qovrulmuş tərəvəzlərə tomat pastasını əlavə edib qarışdırın. Ardınca pomidorları əlavə edin. Qapağı bağlayıb bir neçə dəqiqə pomidorun suyunu buraxmasını gözləyin. Sonra iki stəkan soyuq su əlavə edin. Su gül kələminin üzərini tam örtməməlidir.

Qazan qaynamağa başlayanda gül kələmi çiçəklərini əlavə edin. Orta odda, qapağı bağlı şəkildə təxminən 20 dəqiqə bişirin. Sap hissəsi yüngülcə yumşalmağa başlayanda istədiyiniz ədviyyatları əlavə edə bilərsiniz.

Ocağı söndürdükdən sonra qazanı 5 dəqiqə qapaqlı halda dincəldin.

Daha sonra servis edə bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri