Qızdırıcı partladı: Bərdə sakini ağır yanıq xəsarətləri aldı
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bərdə sakini Gəncədə xəsarət alıb.
"Cebheinfo.az" xəbər verir ki, Yasər Rüstəmli əl və üz nahiyəsinin yanığı ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, o, evdə qızdırıcının partlaması nəticəsində xəsarət alıb.
Kişini xəstəxanaya qonşusu çatdırıb.
1975-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Üzün və əlin üçüncü dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Mart 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















