Icma.az
close
up
RU
Qızıl alarkən nələrə diqqət etmək lazımdır? İqtisadçı açıqladı

Qızıl alarkən nələrə diqqət etmək lazımdır? İqtisadçı açıqladı

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qızıl alarkən yalnız onun görünüşünə və qiymətinə diqqət etmək kifayət etmir. Xüsusilə gələcəkdə satmaq və ya dəyişdirmək məqsədi varsa, məhsulun dəyərinə təsir edən bir sıra məqamlar əvvəlcədən nəzərə alınmalıdır. Əyar, dizayn və daşların çəkisi alışla yanaşı, sonrakı satış zamanı da mühüm rol oynayır. Eyni zamanda, qızılın istehsal olunduğu ölkə və rəngi ilə bağlı geniş yayılmış bəzi fikirlər də alıcıların seçimlərinə təsir edə bilər. Bəs qızıl alarkən hansı detallara diqqət etmək və mümkün itkiləri necə azaltmaq olar?

Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Banco.az-a bildirib ki, qızıl alınarkən ilk növbədə qızılın nə üçün aldındığı müəyyən edilməlidir:

"Qızılı bəzək əşyası olaraq istifadə etmək üçünmü alırsınız, yoxsa sonradan satmağı və ya dəyişdirməyi planlaşdırırsınız? Əgər qızıl investisiya məqsədləri üçün alınırsa, mütləq bir sıra mühüm amillər nəzərə alınmalıdır. Çünki, burada əsas məsələ qızılın yalnız estetik deyil, həm də likvid məhsul kimi qiymətləndirilməsidir. İlk olaraq, qızılın əyarına diqqət etmək lazımdır. Əyar məhsulun tərkibindəki saf qızılın miqdarını göstərir və satış zamanı əsas qiymətləndirmə meyarlarından biridir. Eyni çəkidə olan iki zinət əşyasının əyarı fərqlidirsə, onların istər alış zamanı, istərsə də satış zamanı dəyəri eyni olmayacaq. Bu məqamda, insanlarımız arasında yalnış bilinən bəzi nüanslara da diqqət çəkmək istərdim. Qızıl bazarında geniş yayılmış yanlış təsəvvürlərdən biri "Türk qızılı keyfiyyətsizdir, rus qızılı isə daha yaxşıdır" yanaşmasıdır. Eyni əyarlı iki məmulatdan biri Türkiyə, digəri Rusiya istehsalıdırsa, sırf mənşə ölkəsinə görə birinin digərindən daha keyfiyyətli olduğunu söyləmək doğru deyil. Əslində, qızılın keyfiyyətini onun hansı ölkədə istehsal olunması müəyyənləşdirmir.

İqtisadçı nümunə olaraq bildirib ki, Rusiyada zərgərlik məmulatlarının əksəriyyəti 583 əyar (14 karat) qızıl ilə hazırlanır, Türkiyədə isə 750 əyar (18 karat) qızıl daha çox istifadə olunur. 750 əyar qızılın tərkibində 75% saf qızıl varsa, 583 əyarda isə 58,3% saf qızıl olur. Bu baxımdan yanaşsaq, eyni çəkidə və digər şərtləri eyni olan iki zinət əşyasından 750 əyar olanında qızılın miqdarı daha çoxdur və daha dəyərlidir. Bu səbəbdən alıcı məhsulun üzərindəki "Türk", "Rus", "İtalyan" və ya digər mənşə adından daha çox əyarına və ya karatına baxmalıdır. Digər "doğru" bilinən yanlışlardan biri də qızılın rəngi ilə bağlı fikirlərdir. Qızılın rənginin sarı, ağ və ya çəhrayı olması öz-özlüyündə onun daha dəyərli və ya daha ucuz olması anlamına gəlmir. Yenə də, əsas məsələ əyar və faktiki qızılın tərkibidir". 

V. Əhmədovanın sözlərinə görə, qızıl investisiya məqsədləri üçün alınırsa, diqqət edilməli olan ikinci mühüm məqam alış və satış qiyməti arasındakı fərq yaradan faktorlardır:

"Qızıl alarkən mağazada ödədiyiniz məbləğ yalnız qızılın öz dəyərindən ibarət olmur. Buraya işçilik, dizayn, brend və digər əlavə xərclər də daxil olur. Lakin məhsulu sonradan satarkən bu əlavələrin hamısının geri qaytarılması mümkün olmur. İşçilik haqqı potensial itkini müəyyən edən əsas amillərdəndir. Buna görə də, xüsusilə yüksək işçilik haqqı olan modellərdə və marka məhsullarda satış zamanı itki daha çox ola bilər. Xüsusilə, dekorativ və ya sintetik daşlarla bəzədilmiş qızıl zinət əşyalarının sonradan satışı zamanı mühüm fərq yaranır.

Zinət əşyasında çoxlu sayda xırda qaşın olması məhsulun mağazada daha bahalı görünməsinə səbəb ola bilər, amma bu, onun ikinci əl bazarında eyni dərəcədə yüksək qiymətə satılacağı anlamına gəlmir. Buna görə də, sırf gələcəkdə satmaq məqsədi varsa, həddindən artıq daşlı və yüksək işçilikli modellər əvəzinə, daha sadə və klassik modellərə üstünlük vermək məqsədəuyğundur. Ya da, alış zamanı məhsulun ümumi çəkisi ilə yanaşı, həmin çəkidə daşların və digər materialların payını da nəzərə almaq lazımdır. Bundan başqa, alış zamanı çekin, əyar məlumatlarının və məhsula dair sənədlərin saxlanılması da vacibdir. Qısası, məqsəd sonradan satış zamanı itkini minimuma endirməkdirsə, yüksək işçilik və çoxlu qaş əvəzinə, əyarı yüksək (yaxşı olardı ki, 750 əyar - 18 karat və ya 916 əyar - 22 karat), çəkisi əsasən qızıldan ibarət, sadə və klassik modellərə üstünlük vermək daha məntiqli yanaşmadır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://banco.az
archiveBu xəbər 01 Sentyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri